Cinsi əlaqə zamanı ağrıların baş vermə səbəbləri nələrdir?
Qadınların əksəriyyəti cinsi əlaqə zamanı ağrıdan əziyyət çəkir. Bu ən çox qadınların cinsi həyata başladıqlarının ilk aylarında baş verir. Bəzi qadınlarda ağrı hissinin olması aradan qalxmır və onlar cinsi həyatlarını bu cür davam etdirməyə çalışırlar. Bu da təbii olaraq onların psixologiyalarına pis təsir edir və seksdən uzaqlaşmalarına, əsəb sistemlərində müxtəlif xəstəliklərə səbəb olur.
Dispaqoni nə zaman baş verir?
Partnyorun cinsi orqanı qadının uşaqlıq yoluna daxil olarkən vaginada, qasıqda və klitora yaxın bölgədə ağrı hissinin olması dispaqoniya olması şübhəsini yaradır. Dispaqoniya zamanı ağrı hissi ilə yanmanın olması qadınların üzləşməli olduğu ən pis narahatçılıqlardan sayılır. Dispaqoniyanın növləri baş vermə yerlərinə görə fərqli olur. Vaginanın giriş hissəssində baş verən ağrı dayaz dispaqoniya, vaginanın daxilində baş verən ağrı isə dərin dispaqoniya adlanır. Dispaqoniyanın əlamətləri aşağıdakılardır:
* penisin vaginaya daxil ola bilməməsi
* cinsi əlaqə zamanı ağrının olması
* cinsi əlaqə zamanı pelvik əzələlərinin həddindən artıq sıxılması
* cinsi əlaqədən qaçmaq.
Dispaqoniyanın baş verməməsi üçün cinsi əlaqəyə girməzdən əvvəl bir-neçə mərhələdən keçmək lazımdır. Bu mərhələlərə partnyorunu istəmək, onu cinsi əlaqəyə təhrik etmək, seksdən həzz almaq və orqazm yaşayaraq boşalmaqdır.
Patologiyanın meydana gəlməsini mütəxəssislər qadının psixoloji vəziyyəti səbəbindən baş verdiyini qeyd edirlər. Buna görə də dispaqoniya zamanı mütləq psixoloqun məsləhətinə qulaq asmaq lazımdır.