Günay İbrahimli yeni ilə “Sürgün”lə başladı - Fotosessiya+audio
Feat.Az axsam.az-a istinadən xəbər verir ki, mahnı “Sürgün” adlanır, fotosessiyanın çəkilişləri isə Xızı və Bakıda reallaşıb.
Günay bildirib ki, yeni mahnıya tezliklə klip çəkdirəcək:
“Mahnı sevgidən bəhs edir. Musiqisi Pərviz Mahmudova, sözləri Fərdi Quliyevə, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Yaxınlarda musiqi parçasına klip çəkdirəcəyik. İnanıram ki, uğurlu olacaq. Sırf mahnı üçün fotosessiya etdirdim.
Şəkillər Xızı və Bakıda çəkilib, müəllif Ruslan Nəbiyevdir. Saçımdan tutmuş geyimimə kimi hər şeyi Anar Ağakişiyev ərsəyə gətirdi. Məni dəyişən və fərqli obraza salan odur. Bütün komandamın üzvlərinə minnətdarlığımı bildirirəm”.