Qadınlarla əsla mübahisə etməyin

11 Haziran 2015
1 609
0
Qadınlarla əsla mübahisə etməyin
Qadınlarla əsla mübahisə etməyin

Bir kişinin əsla unutmaması lazım olan şey!
Evliliyi xoşbəxt bir şəkildə sürən kişilərdə görünən ən əhəmiyyətli xüsusiyyət, onların, "bir qadınla mübahisə edilməyəcəyini" anlamasıdır...
Siz, ümumiyyətlə əsas mövzuda qalıb ona aid şərhlər edərkən qadınlar mövzunu elə yerlərə aparar və ya heç gözlənilməz bir anda elə maraqsız bir örnəklə sizi çaşdırar ki, yenidən mövzuya dönməkdə belə çətinlik çəkərsiniz.
Hətta mübahisə bir az da uzansa hansı mövzuda mübahisə etdiyinizi belə unuda bilər və ya heç gözləmədiyiniz bir başqa mübahisənin içində taparsınız özünüzü.
Hər şeydən əvvəl bir kişinin anlaması və əsla unutmaması lazım olan şey, qadınların qarşılarındakı kişilə əlaqədar heç nəyi unutmamasıdır.
Son zamanlarda ailədə edilən xərclərin çoxluğundan arvadını tənqid edən adamın beş dəqiqə içində 20 il əvvəlki sevgilisinə aldığı hədiyyə gündəmə gəlincə çaşıb qalar. Çünki özü bunu unutmuşdur.
Və mövzu bura gəlincə artıq başlanğıcdakı mübahisəyə davam edə bilməz və 20 ildir etdiklərinin hesabını tək-tək verməyə başlayar. Hətta etmədiklərinin hesabını da vermək məcburiyyətində qalar.
Çünki bir qadının bir mübahisədə istifadə edə biləcəyi vasitələr saysızdır.
Tək məntiqinizi pozmaqla qalmaz, eyni zamanda romantik halınızı da 2-3 hərəkətlə rahatca pozar.
Gözlərin dolması, bir şey izah edərkən haqsızlığa uğramış kimi davranması, "Onsuz da hər vaxt belə olub, sən məni heç sevməmisən,qurtarsın, tamam, sən dediyin olsun", ya da "Mən onsuz da həmişə təkəm, atam, qardaşım belə mənim arxamda yoxdur" kimi mövzuyla heç bir əlaqəsi olmayan cümlələri səni gic edəcək...
Bu sözlərin qarşılığında adamın hələ, "Həyatım, allah atana rəhmət eləsin, amma nə əlaqəsi var, mən mətbəx xərcini azaldaq dedim" kimi şeylər söyləməsi hələ də gerçəklərdən xəbərsiz olmasının göstəricisidir.
Çünki mübahisənin sonunda tamamilə çaşıb qalaraq haqsız vəziyyətə düşərək sabahısı gün üzr istəyəcək hala gələn də yenə sən olacaqsan...
Mən avtomobil istifadə edərkən də makiyaj edən, radioda sevdiyi mahnını axtaran, bir tərəfdən də telefonla mesaj ata bilən bir cinsdən danışıram.
Mübahisəyə başlamadan əvvəl düşəcəyiniz vəziyyəti gözünüz önündə canlandırmaqda bir fayda var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.