Neqativ düşüncələri başımızdan necə atmalı?
2 .Düşüncələrinizi analiz edin. Feat.Az immunitet.az-a istinadən bildirir ki, bu zamana qədər necə işlədiyinizi və necə yüksəldiyinizi fikirləşmək insanda xoş bir duyğu oyadır. Amma bəzi düşüncələr vardır ki, onlar insanı irəli getməyə qoymur. Məsələn, yola çıxmamışdan əvvəl qəza kaçirmək qorxusu kimi. Çalışın bu fikirləri özünüzdən uzaq tutmağa çalışın.
3. Hər yeni günə yeni müsbət fikirlərlə başlayın. Bu günün sizin üçün çox uğurlu olacağı fikri ilə günə başlasanız inanın ki, gününüz uğurlu olacaq. Sizə nigarançılıq dolu bir gün bəxş edən düşüncələr sizin neqativ enerji ilə yüklənmənizə səbəb olur. Buna görə çalışıb pis fikirləri özünüzdən uzaq tutmağa çalışın. Bunun sizin işinizə çox yarayacağnı görəcəksiniz.
4. Çalışın beyninizi pozitiv fikirlərlə doldurun. Ola bilər ki, siz öz işinizə nifrət edirsiniz, ola bilər ki, ətrafınızdakı adamlardan xoşunuz gəlmir, ola bilər ki, artıq çəkidən əziyyət çəkirsiniz bunları dərd edib ürəyinizə salmağa dəyməz. Çalışın daima pozitiv olun, pozitiv düşüncələrlə yaşayın. Yatmazdan əvvəl, kitab oxuyarkən, açıq havada gəzərkən, hətta uzun müddətli vanna qəbul edərkən çalışın pozitiv düşünün.
5. Yaradıcılıəqla məşğul olun. Yaradıcılıqla məşğul olan zaman insan narahatçılıq hissini özündən uzaqlaşdırır. Rəsm çəkmək, əl işləri ilə məşğul olmaq, həyətyanı sahədə çalışmaq insanı pozitiv fikirlərlə yükləyir. İnsan özünü pis hiss ettdiyi zaman sevdiyi işlə məşğul olmaq insanı pozitiv fikirlərlə rahatladır.