İnsanlar 4 qrupa aid edilir...

15 Ağustos 2017
2 229
0
İnsanlar 4 qrupa aid edilir...
İnsanlar 4 qrupa aid edilir...

Çoxsaylı tədqiqatlar sübut edir ki, oğlan və qızlar öz cinslərinə aid xüsusiyyətləri daha çox ailə tərbiyəsi nəticəsində mənimsəyirlər. Başqa sözlə, a bioloji faktorlardan daha çox sosial faktorlar öz təsirini göstərir. Uzun müddət qadın və kişilərə xas olan xüsusiyyətlərə birtərəfli yanaşılıb. Son dövrlərdə belə bir mövqe də var ki, qadınlarda kişilərə, kişilərdə qadınlara aid edilən keyfiyyətlər mövcuddur.

Feminizasiya və maskulinizasiyanı öyrənmək məqsədi ilə aparılan çoxsaylı testlər vasitəsi ilə müəyyənləşdirilib ki, kişi və ya qadın olmasından asılı olmayaraq insanları aşağıdakı dörd qrupdan birinə aid etmək olar:

1. Maskulin tip.
Bu tipə aid edilənlər ənənəvi kişi keyfiyyətlərinin daşıyıcılarıdır. Məsələn, qətiyyətlidir, qürurludur, iradələdir və s.

2. Femen tip.
Bura ənənəvi qadın xüsusiyyətləri aiddir. Məsələn, zəriflik, affektivlik, qayğıkeşlik və s.

3. Androqin tip.
Bu insanlarda həm qadına, həm də kişilərə xas olan xüsusiyyətlər eyni dərəcədə vardır;

4. Psixoloji baxımdan cinsi identifikasiyasının müəyyənləşdirilməsi çətin olanlar.
Tədqiqatlar göstərir ki, androqinlərdə kişi və ya qadın olmasından asılı olmayaraq şəraitin tələb etdiyi xüsusiyyətlər özünü göstərir. Androqiniya latın sözü olub, "andros" kişi, "qines" qadın deməkdir. Androqoniya anlayışını ilk dəfə Amerika psixoloqu S.Bem işlədib. Androqinlər o şəxslərdir ki, özlərində həm qadına, həm də kişiyə aid olan xüsusiyyətləri birləşdirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.