Sakitləşmək və stressi atmaq üçün ən yaxşı vasitə

28 Şubat 2021
502
0
Sakitləşmək və stressi atmaq üçün ən yaxşı vasitə
Alimlərin fikrinə görə, ağlamaq ən yaxşı sakitləşdirici vasitədir.

İnsan ağlayanda onun parasimpatik sinir sistemi aktivləşir. Parasimpatik sinir sistemi insana qidanı həzm etməyə və dincəlməyə yardım edir. Bu səbəbdən insan ağlamağa başlayanda bir neçə dəqiqə sonra müəyyən qədər sakitləşir və rahatlaşır.

Feat.Az bildirir ki, həmçinin Emotion jurnalında dərc olunmuş diqər araşdırmanın nəticələrinə görə, insan ağlayanda onun nəfəsalması və ürəyin yığılmasının tezliyi azalır və bu da stressi daha yaxşı kontral etməyə, sakitləşməyə kömək edir.

Əvvəllər belə hesab olunurdu ki, insan ağlayanda onun orqanizmində stress-hormonlarının (xüsusilə kortizolun) səviyyəsi aşağı düşür. Lakin son araşdırma bunu təsdiq etməyib. Buna baxmayaraq alimlər ağlamağı ən yaxşı "sakitləşdirici vasitə" hesab edirlər.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.