Mobil telefon asılılığı uşaqları aqressivləşdirir

21 Ağustos 2021
513
0
Mobil telefon asılılığı uşaqları aqressivləşdirir
Azyaşlıların mobil telefon asılılığı, baxdıqları bəzi video və cizgi filmləri onların davranış və əxlaqına mənfi təsir göstərir.

Feat.Az bildirir ki, bu barədə uşaq psixoloqu Aidə Nəbiyeva açıqlama verib. Onun sözlərinə görə, uşaqların mobil telefon və televizor asılılığı onların emosional sferasında problem yaradır, özünə qapanmaya səbəb olur, aqressiya əlamətləri müşahidə olunur:

"Xüsusən müasir cizgi filmləri və videolarda müəyyən seksual elementlər var. Bu, uşaqların erkən dövrdən cinsi inkişafının başlamağına və onların həyata daha erkən atılmalarına səbəb olur. Həmçinin onların gələcək fiziki və psixoloji inkişafında çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün uşaqların baxdığı, izlədiyi hər bir şeyə nəzarət etmək lazımdır".
Mənbə:ted.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.