Düzgün Ayaqqabı Seçimi...

26 Ocak 2015
4 179
0
Düzgün Ayaqqabı Seçimi...
Düzgün Ayaqqabı Seçimi...



Paltarın daha yaraşıqlı görünməsi üçün geyinilən hüdürdaban ayaqqabılar ayağa daha artıq yük düşdüyü üçün dırnaq problemləri, barmaqlarda narahatlıqlar, burxulma, zədələnmə kimi problemlərə səbəb olur. Ancaq idman ayaqqabıları da düşündüyümüz qədər sağlam deyil. Bu tip ayaqqabılar havalandırılmadıqda və təmizliyə riayət edilmədiyi təqdirdə göbələk kimi dəri xəstəliklərinə səbəb olur. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir

Ayaqqabı almağa axşam gedin. Çünki, ayaqlar gün boyu üzərinə yük düşdüyü üçün şişir. Ayaqlarınız şiş olduğu halda, ayaqqabı seçərkən rahat olduğunuzu hiss edəcəksiniz. Amma bu rahatlıq ayağınızın şişi çəkilənə qədər davam edə bilər.


Ayağınızda yoxlamadan almayın


Üzərinə yük düşəndə ayaqlar uzanıb, genişləndiyi üçün satın alacağınız ayaqqabını ayağınızda üstünə basaraq, yoxlayın

Az hündürdaban ayaqqabıları seçin


Topuğun burxulmasının qarşısını almaq üçün daha geniş və alçaqdabanlı ayaqqabıları seçin. Ayaqabının altının geniş olması tarazlığı daha yaxşı qoruyur. Ayaqqabının yüksəkliyi 2,5 sm dən yüksək olmamamlıdır. Ancaq daha yüksək hündürdabanlardan imtina edə bilmirsinizsə, ayaq sağlamlığınızı qorumaq üçün onları az geyinməyə çalışın. İş yerinizdə hündürdanabsız olmaz deyirsinizsə, işə gedib-gələrkən düz ayaqqabılardan istifadə edin. Hər axşam ayaqlarınızı ilıq suda 5-10 dəqiqə saxlayın, masaj edin.

Geniş burunlu ayaqqabılar alın

Burnu şiş uclu ayaqqabılar barmaqların quruluşunda problemlər yarada bilər. Ön qismi geniş olan ayaqqabıları seçmək daha məsləhətlidir.

Yumşaq dabanlıları seçin

Ayaqqabının dabanının yumuşaq olması sağlamlıq üçün çox önəmlidir. Çox qalın və yumşaq olmayan ya da çox incə olan ayaqqabılar ayaq, daban və oynaqlara artıq yük salaraq, ağrıya səbəb olur.

Ayaqqabının iç quruluşu və yüksəkliyinə diqqət edin

Ayaqqabının iç qismi çox sürüşkən və sərt olmamalıdır, ayaq hərəkətlərinə dəstək verəcək formada olmalıdır. Ayaqqabının üst qismi də barmaqlarınızı hərəkət etdirəcək qədər yükdək ya da yumşaq olmalıdır.

Neylon maddəli ayaqqabı almayın

Ayağınızın hava alması üçün dəridən olan ayaqqabılara üstünlük verin. Neylondan olan ayaqqabılardan qaçın.

Satıcılara aldanmayın

Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə inanmayın. Çünki, düzgün ayaqqabıda belə bir şey olması mümkün deyil. Barmaqla ayaqqabının ucu arasında yarım santımetr boşluq qalmasına diqqət edin.

Ortopedik seçin

Ortopedik ayaqqabılar alın. Bu tip ayaqqabılar daşıyıcı nöqtələri dəstəklədiyi üçün bədənin rahat hərəkət etməsinə kömək edir və yorulmağınızı gecikdirir.

(
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.