Şokoladlı-jeleli peçenye

28 Ağustos 2014
1 736
17
Şokoladlı-jeleli peçenye
Şokoladlı-jeleli peçenye


Tərkibi:

3 yumurta
80 q şəkər pudrası
75 q un
1 qutu jele
180 q tünd şokolad
20 q kərə yağı

Hazırlanması:
Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın.

Tədricən şəkər pudrasını səpərək 3 dəqiqə çalın.

Bir-bir yumurta sarılarını əlavə edib çalın.

Ələnmiş un əlavə edib aşağı sürətdə qarışdırın.

Perqament döşənmiş siniyə aralarında 2-3 sm yer saxlamaqla xəmirdən qaşıqla götürüb dairələr qoyun.

180 dərəcə qızdırılmış sobada 8-9 dəqiqə, peçenyelər saralınca bişirin.

Jeleni qablaşdırmada göstərilən qaydada əridin, ancaq suyun qədərini 100 ml az götürün. Enli qaba (məsələn, 30x20 sm) töküb bərkiməsini gözləyin.

Jele donduqdan sonra peçenyelərdən bir qədər balaca olmaqla dairələr kəsin.

Jeleləri peçenyelərin üzərinə düzüb soyuqda yarım saat saxlayın.

Şokoladla yağı su hamamında əridin, bir qədər soyudub qarışdırın.

Peçenyelərin jeleli tərəflərini şokolada batırın, artıq şokoladın süzülməsini gözləyin, şəbəkənin üstünə düzün. 15 dəqiqə otaq temperaturunda quruyandan sonra soyuducuda 2 saat saxlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
AleDa
  • AleDa
  • 2 Aralık 2015 21:47
Sokoladlı sırnıyyatları cox sevırem.. Buda cox gozel gorunur. Reseptde asandı.
User1
  • User1
  • 8 Mart 2015 19:50
Sakalaaaatt askitoom
_ESTRELLA_
hazirlayacam sag olun ......
Dear..
xoslamiram.ama tewekkurler
ЗайкА)
rəyLər üçün təşəkkürLər)
More
  • More
  • 30 Ağustos 2014 03:09
ŞokoLadı bir nəfərəgörə sevirdim o yoxdu sevmirəm
ձყlﻨ ցεƈε
Sitat: ..::CeDRiK::..
nyammmmmmmmmmmmmmm sevgilim biwirse wokaladdan bir yerde yiyrerem onu :)

men bisirerem senin ucun amma sokoladi yeyersen
Bella
  • Bella
  • 29 Ağustos 2014 10:21
Sokalad mene ziyandir amma yeqqinki dadli olur
✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
wokoladda alergiyam var
ЗайкА)
RəyLər üçün tşəkkürLər)