Rosalia tortu

30 Ağustos 2014
2 841
0
Rosalia tortu
Rosalia tortu


Tərkibi:
150 qr. qoz içi
4 yumurta
2 yemək qaşığı qəhvə
3 yemək qaşığı qaynar su
225 qr. kərə yağı (otaq istiliyində)
200 qr. toz şəkər
225 qr un
1 paket qabartma tozu

Krem üçün:

300 ml. krem
1 paket vanil
2 yemək qaşığı pudra şəkəri
Qəhvəli qlazür üçün 5 çay qaşığı isti su
1 yemək qaşığı qəhvə
150 qr. pudra şəkəri

Hazırlanması:

Sobanı 180 dərəcəyə nizamlayın. Qoz içini mətbəx üyüdücüsündə yaxşıca üyüdün və yarısını krem üçün ayırın. Keks üçün qəhvə və isti suyu qarışdırın. Kərə yağı və şəkəri bir qabda krem halına gələnə qədər çırpın. Yumurtaları tək-tək əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və qozu əlavə edib metal bir qaşıq ilə qarışdırın. Qəhvə qarışığını əlavə edib xəmiri iki ədəd 23 sm-lik keks qəlibinə paylaşdırın. Sobada diş təmizləyən batırıldığında təmiz çıxana qədər təxminən 20 dəqiqə bişirin. Sobadan çıxarıb 20 dəqiqə soyutduqdan sonra qəliblərdən çıxarın. Krem, vanil və pudra şəkərini mikserlə qatılaşana qədər çırpın. Ayırdığınız qoz içini əlavə edib yaxşıca qarışdırın. Qlazür üçün qəhvə və suyu bir kasada yaxşıca qarışdırın. Pudra şəkəri əlavə edib bir neçə dəqiqə qarışdırın. Soyuyan keksləri eninə ortadan ikiyə kəsin. Bir parça keksi xidmət edəcəyiniz qaba qoyun. Kremin 1/3'ünü üzərinə yayın. İkinci parça keksi üzərinə yerləşdirib kremin yarısını yayın. Prosesi təkrarlayıb tortu tamamlayın. Ən üstə qəhvəli qlazürü tökərək xidmət edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.