Saç tökülməsinin qarşısını almaq üçün maskalar
Gözəl və canlı saçlara sahib olmaq hər bir xanımın arzusudur.Saç tökülməsinin qarşısını alıb, gözəl saçlara sahib olmaq üçün sizə aşağıdakı maskaları təqdim edirəm.
Maska - 1
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı portağal yağı
1 xörək qaşığı badam yağı
1 xörək qaşığı bal
Bunları yaxşıca qarışdırıb saçlarınızın ucuna və dibinə masaj edərək yeridin.1 ay davamlı etsəniz faydasını görərsiniz.Maskanı bütün saç növlərinə tətbiq etmək olar.Maskanı saçda yarım saat saxlamaq lazımdır.
Maska - 2
1xörək qaşığı kök suyu
1 xörək qaşığı alma suyu
1 xörək qaşığı qara zirə yağı
Bunları qarışdırıb saçlarınızın dibinə sürtün.1 saat saxladıqdan sonra ilıq su ilə yuyun.
Maska - 3
1 çay qaşığı sirkə
1 çay qaşığı limon suyu
1 yumurtanın sarısı
Bunları yaxşıca qarışdırıb saçlarınızın diblərinə sürtün.Yarım saat saxladıqdan sonra iliq su ilə yuyun.
Maska - 4
1 xörək qaşığı qatıq
1 xörək qaşığı zeytun yağı
1 yumurtanın ağı
Alınan qarışığı saçların dibinə sürtün.Bu maskanı saçda yarım saat saxlamaq olar.
Hər biri sınanmış vasitələrdir və təsirli olduğunu az müddətdə görəcəksiniz...