Korokke

01 Eylül 2014
1 971
0
Korokke
Korokke


Tərkibi:

2 kartof
bitki yağı
0,5 ç.q. karri
duz
istiot
1 yumurta
0,5 st. un
1 st. narın suxarı

Hazırlanması:

Kartofu bişirin, soyudub püre hazırlayın.

Yağı tavada qızdırın.

Kartof püresini karri ilə qarışdırın. Duz, istiot vurun. 3 dərin olmayan kasa götürün. Birinə yumurtanı qırın, ikinciyə un, üçüncüyə suxarı tökün.

Kartofdan balaca kökələr tutun. Hər birini una batırın, unun artığını səliqə ilə təmizləyin. Sonra çalınmış yumurtaya, ardınca suxarıya batırın. Suxarının bir qədər kökəyə batmasına çalışın.

Kartoflu kökələrin hər iki üzünü qaynar yağda 2-3 dəqiqə qızardın.

Kağız salfetin üstünə düzüb artıq yağının axmasını gözləyin.

Süfrəyə sevdiyiniz souslardan biri ilə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.