Yaşlanmaya qarşı 10 qida
Hər keçən gün, havanın, suyun, bir sözlə ekologiyanın çirklənməsindən şikayətlənirik. Təbii ki, bütün bu proseslərdən əziyyət çəkən də dərimizdir.
Dərinin gözəlləşməsi, eyni zamanda cavan qalması üçün kətan toxumu, qara rəngli meyvələr, günəbaxan yağı, şirin kartof, ispanaq, somon balığı, qatıq, pomidor və qırmızı bibərdən bol-bol istifadə etmək lazımdır.
Omeqa-3 anbarı olan kətan toxumunun yaşlanma əleyhinə təsirləri çoxlarına məlumdur. Aparılan tədqiqatlar göstərir ki, kətan toxumunu hər gün qəbul etdikdə dəridəki qızartılar aradan qalxır, həm də dəriyə təravət bəxş edir.
Qara rəngli meyvələr də dəri üçün ən faydalı qidalar arasındadır. Böyürtkən, qara tut və qara gavalı antioksidant baxımından zəngindir və dərinizin gənc görünməsini təmin edir.
E vitamini baxımından zəngin günəbaxan dərimizi günəşin zərərli şüalarından qoruyur. Duzsuz və rafinə edilməmiş yağlara üstünlük verilərsə, dərinizi qorumağı öz öhdəsinə götürür.
Şirin kartof A və C vitamini ilə zəngindir. Bu vitaminlər dəri gözəlliyi üçün çox əhəmiyyətlidir. C vitamini dərinin elastikliyini qoruyur, həm də A vitamini antioksidant təsiri ilə sərbəst radikallara qarşı dərini müdafiə edir.
İspanaq dəri üçün ən effektli tərəvəzdir. A, C və E vitamini ehtiva edən ispanaq bir çox dəri probleminin həllində əvəzsizdir. Hər gün istehlak etsəniz, dəriniz daxildən təmizlənəcəkdir.
D vitamini ilə zəngin olan somon balığı sümüklər, ürək və beyinlə yanaşı, dəriniz üçün də faydalıdır. Omeqa-3 yağ turşuları sızanaqlar, qırış və qıcıqlanmaya qarşı təsirlidir.
Bir ədəd qırmızı bibər gündəlik C vitamini ehtiyacının hamısını ödəyə bilər. Həmçinin B6 baxımından da zəngindir. Bunun sayəsində qan axınını tənzimləyir və dərinin canlı görünməsini təmin edir. Bundan başqa, sızanaqlara qarşı da təsirlidir.
Qatığın tərkibində dərinin dartılmasını təmin edən zülallar olur. Bu qırışlara qarşı təsirlidir.
Likopen baxımından zəngin olan pomidor bu antioksidantlar sayəsində dərinizi qoruyur, solğunlaşmasına və rəng dəyişikliklərinə mane olur.