Aybaşı gecikməsi nə vaxt ciddiyə alınmalıdır?

28 Nisan 2015
2 331
0
Aybaşı gecikməsi nə vaxt ciddiyə alınmalıdır?
Aybaşı gecikməsi nə vaxt ciddiyə alınmalıdır?

Qadınlarda müxtəlif səbəblərə bağlı aybaşı gecikməsi ola bilir. Mütəxəssislər ildə bir iki dəfə aybaşı gecikməsini normal hesab etsələr də nizamsızlığın iki üç ay davam etməsi vəziyyətində həkimə müraciət edilməsi lazım olduğunu bildirirlər.
Feat.az bildirir ki, aybaşı gecikməsinin bir çox səbəbi ola bilər. Hormonal faktorlar, yumurtalıqlarla əlaqədar xəstəliklər, stress kimi həyat şərtləri, ağır məşq və ya həddindən artıq kilo alıb- vermə buna səbəb ola bilər.
Aybaşı gecikməsinin səbəbləri arasında ən çox yumurtanın inkişaf etdiyi folikülün çatlamaması olduğu söylənilir.
Əslində qadınların bir çoxu ildə bir dəfə yumurtanın çatlamaması kimi problemlər yaşaya bilərlər.
Fizioloji olan bu vəziyyət adətən bir neçə günlük gecikməyə gətirib çıxardığı üçün qadınlar tərəfindən fərq edilməz.
Aybaşı gecikməsində ilk olaraq ağla gələn şey isə hamiləlikdir.
Aybaşı gecikməsi fizioloji olan bu vəziyyətlər xaricində yumurtalıqlarda inkişaf edə biləcək endometrioz kistalari, yumurtalıqların yaxşı və pis xasiyyətli şişləri kimi patoloji kistaların meydana gəlməsi də ola bilər.

Bəzi hormonal tarazlıq pozğunluqlarında da ilk əlamət aybaşı gecikməsi ola bilər. Bu qrup xəstəliklər çox müxtəlifdir və kompleks bir quruluş içərisində ola bilərlər.
Məsələn, yumurtalıqların polikistozu, qalxanabənzər vəzinin funksiya pozğunluqları və süd hormonu olan prolaktin hormonu ifrazat pozğunluqlarıdır.
Müalicə forması faktiki patologiyaya görə dəyişir ki, əlamətləri hiss edən kimi həkimə müraciət edilməlidir. Çünki, bu xərçəng əmələ gəlmə riskini və sonsuzluq riskini ortaya qoya bilir.
Unutmayın ki, vaxtında aşkar olunan hər hansı pozğunluq daha tez müalicə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.