Gözəl olmaq üçün darçından istifadə edin

04 Mayıs 2015
2 115
0
Gözəl olmaq üçün darçından istifadə edin
Gözəl olmaq üçün darçından istifadə edin
Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa, gözəlliyə də bir çox faydası var. Darçının gözəlliyə töhfələrini təqdim edirik.

Parlaq və təbii bürünc rəng
Qış aylarında dərinizin bir az daha canlı görünməsini istəyirsizsə, darçın, Hindistan qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.

Daha parlaq qızılı saçlar
Saçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayın. Daha canlı və parlaq qızılı saçlar ancaq sizdə olacaq.


Göbələk infeksiyası
Qadınların sıx rastlaşdığı vaginal göbələk infeksiyası ilə mübarizə üçün gündə bir neçə stəkan darçın çayı için.

Təbii dodaq balzamı
Ərimiş Hindistan qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam olaraq istifadə edə bilərsiz.


Üz kirşanı üçün darçın
Parlaq bir üz üçün iki xörək qaşığı darçını 3 xörək qaşığı düyü nişastası ilə qarışdırın və bu qarışımı iri fırça ilə üzünüzə vurun.

Pilinq
Şəkər, darçın və Hindistan qozu yağını qarışdırın. Dərinizə vurub ilıq suyla durulayın.


Ağız qoxusunu aparır
Diş pastası bitibsə, ilıq suya qatdığınız darçın ilə qarqara edin. Düzdür, tam fırçalamış kimi təzə hiss etməyəcəksiz, ancaq ağız qoxuları gedəcək.

Sızanaq maskası
Sızanaqlardan şikayətiniz varsa, balla qarışdırılmış darçını problemli yerlərə çəkin və 15-20 dəqiqə gözləyin. Həftədə bir dəfə edin.

Darçın və yulaf əzməsi maskası
Yağlı bir dəriniz varsa, bunu mütləq edin. Yulaf əzməsi, darçın və limon suyunu qarışdırıb vurun. 20 dəqiqə sonra yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.