Əsmər xanımlar üçün makiyaj sirləri

04 Haziran 2015
6 242
0
Əsmər xanımlar üçün makiyaj sirləri
Əsmər xanımlar üçün makiyaj sirləri

Makiyajın məqsədi çox vaxt sərf etmədən üzdəki problemin aradan qaldırılması, üzünüzün xarakteristika gözəlliklərini vurğulamaq və dərinizi qüsursuz göstərməkdir. Bəlkə inanmayacaqsınız amma etdiyiniz makiyaj saç rənginizlə bağlıdır ... Yəni məsələn, qırmızı saçlı birinin etdiyi makiyaj sizə yaraşmaya bilər.

Kafel rəngi, solğun qırmızı kimi rənglər tünd saçlarla, çəhrayı rəngdən daha yaxşı uyğunlaşma təmin edəcək, çünki əgər bu xüsusiyyətlərə sahibsinizsə? çəhrayı sizi daha solğun göstərəcək, nəticədə siz diqqəti üzərinizə çəkə bilməyəcəksiniz.
Tünd rənglər dodaqlarınıza edəcəyiniz vurğunu artıracaq: mütləq çəhrayı bir rəng istifadə edəcəyəm deyirsinizsə, tünd tonlarda bir çəhrayı seçmənizdə fayda var ki, o da tək bir şərtlə: Gözlərinizi vurğulayaraq cansız və solğun görünüşdən qaçmalısınız.
Tonal Krem seçimi: Parlaq bir dəri görünüşü üçün dəri rənginə uyğun bir tonal krem seçilməlidir. Səhv seçilmiş bir tonal krem sizi solğun göstərəcək. Tonal kremin dəri rənginə uyğun olub -olmadığını yoxlamağın ən asan yolu, onu alt çənə sümüyü ilə çənənin arasındakı bölgədə sınamağınızdır. Bir mütəxəssisdən dərinizə məsləhət verməsini və sizə uyğun markanı və rəngi təyin etməsini istəyin. Sizin üçün seçilmiş tonal kreminin gün işığında olduqca təbii görünməsi və üzünüzdə maska hissi yaratmaması lazımdır.
Çəhrayı dodaqlar bir əsmər xanımı nə qədər solğun göstərirsə, almacıq sümükləri də eyni təsiri yaradacaq. Buna görə almacıq sümükləriniz üçün əvvəl bir qaraldıcı tətbiq etmək üzünüzə təbii və sağlam bir işıltı qazandıracaq. Lakin dərinizin qüsurlarını meydana çıxarmaq istəmirsinizsə, həddindən artıq şox istifadə etməyin.
Özünüzü bir az daha cəsarətli hiss etmək istəyirsinizsə, o zaman gənc Hollywood ulduzlarının imtina edə bilmədiyi tünd yanaqları sınaqdan keçirə bilərsiniz. "Alın bölgəsi, yanaqlar, çənə və burnunuza tətbiq etdiyiniz qaraldıcıdan sonra şaftalı tonlarında bir ənliyi, (əlinizə götürdüyünüz iki qələmdən birini burnun altında üfüqi, digərini də gözün bitmə nöqtəsində şaquli tutub ikisinin kəsişdiyi nöqtəyə) yüngül dairəvi hərəkətlərlə tətbiq edə bilərsiniz". Bundan sonra gözləri vurğulamağı, dodaqlarda isə sadə dodaq boyasından isifad etməyi unutmayın.


Gözləri vurğulayın ... Tünd rəng saçlar və mavi gözlərə sahib olanlar: zümrüd yaşılı və tünd qəhvəyi rənglər gözlərinizdə ovsunlayıcı görünüş yarada bilər. Sizin üçün məsləhətli olmayan rəng mavidir, çünki bu rəng gözlərin gücünü azaldacaq. Tünd mavi göz qələmi istifadə edə bilərsiniz.Tünd saç və yaşıl gözləriniz varsa, tünd bənövşəyi, tünd yaqut qırmızısı və tünd qəhvəyi kimi rənglər sizi daha gözəl göstərəcək. Yaşıl və mavi rənglərdən makiyazda istifadə etmək sizin üçün bir səhv addım olar.
Bəs tünd saç və qəhvəyi gözləri olanlar nə etməlidirlər? Tünd şərab rəngi, tünd bənövşə rəng və tünd yaşıl məxməri baxışlara sahib olmanızı təmin edəcək. Gözləriniz nə rəng olursa- olsun, bədəninizin rəngiiz aşıq rəngdirsə, güclü baxışlar üçün tünd qəhvəyi məsxərədən istifadə edin. Tünd bədən rəngi və tünd gözlər üçün istifadə edilən qara və ya tünd mavi məsxərə gözlərinizi ön plana çıxaracaq. Əgər bacarırsınızsa, özünüzə boz və ya qara bir gözlərinizə dumanlı makiyaj edə bilərsiniz.

Özünüzdə bir az fərqlilik yarada bilərsiniz! Kosmetik məsləhətlər sizə nə etməniz lazım olduğunu söyləyə bilər. Lakin özünüzdə nəyin ən yaxşı olacağına qərar verəcək tək insan sizsiniz. Buna görə fərqli makiyajları sınamaqdan əsla çəkinməyin. Yalnız bu sınaqları, əgər yaxşı olacağına əmin deyilsinizsə, xüsusi gecələr ya da bayram günləri etməməyə çalışın.
Gün ərzində necə göründüyünüz və nə qədər gözəl olduğunuz, necə hiss etiyinizlə əlaqədardır. Buna görə qabiliyyətlərinizi bu anlarda öz bədəninizdə göstərməkdən çəkinməyin. Lakin etdiyiniz makiyaj üzünüzdə allergiyaya səbəb olursa, o məhsulları bir daha istifadə etməyin və tez bir zamanda bir kosmetoloqa müraciət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.