Baxımlı dırnaqlar üçün

08 Temmuz 2015
4 223
0
Baxımlı dırnaqlar üçün
Baxımlı dırnaqlar üçün Dırnaqların kövrəkliyindən, tez qırılmasından şikayət edən xanımlar bu problemi aşağıdakı üsulların köməkliyi ilə aradan qaldıra bilərlər. Zeytun yağı və limon suyu: 1 çay qaşığı zeytun yağı və 1-2 damcı limon suyunu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza çəkin. Gecə yatmazdan əvvəl masaj edərək dırnaqlarınıza çəkib əlcək geyinib yatın. Səhər yuxudan duran kimi ilıq su ilə yaxalayın. Çay ağacı və E vitamini: 1 çay qaşığı çay ağacı yağı və 2-3 damcı E vitaminini qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışıq təkcə dırnaqları gücləndirmir, göbələk və infeksiyalara qarşı da dırnaqları qoruyur. Dəniz duzu: 2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı mirra yağı və 2 damcı buğda toxumlarının yağını qarışdırın. Bu qarışığı 1 kasa isti suya əlavə edib əllərinizi 10-15 dəqiqə suyun içində saxlayın. Həftədə 2 dəfə etmək lazımdır. Gecə terapiyası: 2 damcı E vitamini yağını dırnaqlarınıza çəkib əlcək geyinin və yatın. Pivə və zeytun yağı: 1/4 fincan zeytun yağını isidib eyni miqdarda alma sirkəsi və yarım fincan pivəni qarışdırın. Dırnaqları bu maskada 15 dəqiqə saxlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.