Evdə təbii yolla hazırlanan əl maskaları

08 Temmuz 2015
2 241
0
Evdə təbii yolla hazırlanan əl maskaları
Evdə təbii yolla hazırlanan əl maskaları
Ballı, zeytunyağlı əl maskası

1 yemək qaşığı zeytun yağı və bir yemək qaşığı balı qarışdırın, əllərinizə yavaş-yavaş masaj edərək tətbiq edin. Təxminən 20 dəqiqə bu şəkildə saxlayın və ilıq suyla yuyun. Dərinizin qidalanmasına, yaraların yaxşılaşmasına və daha parlaq görünməsinə köməkçi olacaq.

Gül sulu əl maskası

2 yemək qaşığı gül suyuna yarım çay qaşığı qliserin əlavə edin. Əlinizi nə zaman quru hiss etsəniz, o zaman tətbiq edin. Beləcə həm quru görünüşü ortadan qaldırmış, həm də əllərinizi qidalandırmış olacaqsınız.

Kartoflu əl maskası


Bir ədəd kiçik kartofu qaynadın və soyumağa buraxın. Qabıqlarını soyduğunuz kartofu bir kasada yaxşıca əzin, üzərinə bir yemək qaşığı badam yağı əlavə edin. Hazırladığınız qarışığı 15 dəqiqə ərzində əlinizdə tutun. Beləcə yuyucu və digər təmizlik vəsaitləri səbəbiylə qızaran dərinizi qidalandırmış olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.