Quru dəri üçün maskalar

13 avqust 2015
1 062
1
Quru dəri üçün maskalar
Quru dəri üçün maskalar

Qidalandırıcı maskalar

- 1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın.
Alınan maskanı azca qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmış dəmləmə və ya adi qaynanmış ilıq suda isladılmış tamponla silin.


- 1 xörək qaşığı yağlı kəsmik və 1 xörək qaşığı yağlı qaymağı yaxşı-yaxşı qarışdırdıqdan sonra dərinizə sürtüb 20 dəqiqə saxlayın.


- Zeytun, çaytikanı, badam və ya ərik yağını azca qızdırın. Üzərində gözlər üçün dəliklər açılmış tənzif salfeti yağın içərisində yaxşıca islatdıqdan sonra onu 10 dəqiqə müddətinə üzünüzə qoyun. Bu maskadan sonra dəriyə krem çəkilmir.


- Kiçik bir dilim balqabaq kəsin, daxilindəki tumları xaric edərək qabığını da soyun. Sonra onu kub şəklində doğrayaraq 15 dəqiqə ərzində vam odda bişirin. Daha sonra üzərinə 1 xörək qaşığı nişasta və 2 çay qaşığı zeytun yağı əlavə edərək yaxşı-yaxşı qarışdırın və üzünüzə çəkin. 15-20 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.

Nəmləndirici maskalar

- 2 xörək qaşığı yulaf yarmasını (“herkules”) qatı tərkib alınana qədər süddə bişirin. Soyutduqdan sonra 1 çay qaşığı bal əlavə edərək qarışdırın. Maskanı üzün dərisinə ilıq şəkildə çəkin və 20 dəqiqə saxlayın.


- Bir neçə moruq, çiyələk və 1 əriyi yaxşı-yaxşı əzdikdən sonra onun üzərinə 1 çay qaşığı sürtgəcdən keçirilmiş kələm və 1 çay qaşığı qaymaq əlavə edərək bir qədər qarışdırdıqdan sonra üzünüzə çəkin. 15 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.


- 1 çay qaşığı xamanı kiçik sürtgəcdən keçirilmiş 2 çay qaşığı çugundur və kələm və bir qədər bal ilə birlikdə qarışdırın. Maskanı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.


- 2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
RƏYLƏR
Lami95
  • Lami95
  • 11 sentyabr 2015 19:19
tewekkurler xebere gore
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatdan Yazılı Şəkilləri 2019 (29)
21:00
498

Həyatdan Yazılı Şəkilləri 2019 (29)

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)
20:00
1 194

18.09.2019 Gündəlik Bürclər (18 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)
19:00
532

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (265)

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)
18:00
681

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (46)

Tez yuxuya getmək üçün bunları edin
17:00
143

Tez yuxuya getmək üçün bunları edin

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
188

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Ümidim Yazılı Şəkilləri 2019 (19)
15:00
600

Ümidim Yazılı Şəkilləri 2019 (19)

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb
14:00
80

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar
13:00
339

Bürclər Haqqında Maraqlı Məlumatlar (590) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ