Çörəkotu yağı ilə arıqla!

20 Ağustos 2015
1 386
0
Çörəkotu yağı ilə arıqla!
Çörəkotu yağı ilə arıqla!


Türkiyənin tanınmış professoru Əhməd Maranki arıqlamaq istəyənlərə yeni tövsiyələr verib. Bunun üçün o, çörəkotundan istifadəni məsləhət görüb.

Feat.az "Çörəkotu ideal çəkidə qalmaq və ya arıqlamaq istəyənlərin ən yaxşı dostudur", - deyən professorun maraqlı məsləhətlərini təqdim edir:

“Çörəkotu iştahı azaldır, toxluq hissi verir. Qaraciyəri təmizləyir və həzm sistemini sürətləndirir. Bağırsaqların işini asanlaşdırır. Bütün bu xüsusiyyətlərinə görə arıqlamağa kömək edən vasitələrdən biri hesab edilir”.

Əhməd Maranki çörəkotundan düzgün istifadə qaydasını da izah edib:

“Çörəkotunun özünü və ya yağını yeməkdən bir saat öncə qəbul etmək lazımdır. Gündə 3 dəfə ya 1 qram çörəkotunu çiynəyərək udun, ya da yarım çay qaşığı çörəkotu yağını bir stəkan su ilə için. Yağın 100 faiz təbii və keyfiyyətli olması çox önəmlidir”.

Professor qeyd edib ki, bu üsulu sınaqdan keçirənlər ayda 4-6 kilo arıqlayırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.