Üzünüzdəki "ölüm üçbucağı"

22 Eylül 2015
2 460
3
Üzünüzdəki "ölüm üçbucağı"
Üzünüzdəki "ölüm üçbucağı"

İnsanların çoxu üzlərində gördükləri hər sızanağı sıxır və partladır. Ancaq bunu üzünüzdəki "ölüm üçbucağı" adlanan bölgədə də tətbiq etsəniz, həyatınızı təhlükəyə atarsınız.

"ölüm üçbucağı" ağız kənarlarından burun körpüsünə qədər olan bölgəni əhatə edir. Bu bölgədəki qan damarları başın arxa tərəfində beyinə aid əsas damarlarla birləşir. Burada yaranan hər hansı bir infeksiya baş ağrısına, görmə qabiliyyətinin itirilməsinə, iflicə, hətta ölümə səbəb ola bilir.

Burun və bığ bölgəsindəki qılları təmizləmək, bu bölgədəki sızanaq və civzələri sıxmaq sağlamlığı təhlükəyə atır. Eyni zamanda bu bölgəyə estetik müdaxilə etdirmək də olduqca təhlükəlidir.

Bu bölgədə bakteriyaların dəri altına keçib qana qarışmasının qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək lazımdır.

1. Burnunuzdakı qabıq verən bölgələri təmiz salfetlə təmizləyin.

2. Üzünüzdəki sızanaqları sıxmayın.

3. Üzünüzün bu bölgəsində baş verən kəsiklər, yaralar üçün dərhal tədbir görün.

4. Burun kənarlarının quruyub yara olmaması üçün həmin bölgəyə vazelin çəkin.

5. Burun qıllarını dartaraq qoparmaq əvəzinə təmizləmək üçün xüsusi alətlərdən istifadə edin.

6. Üzünüzə pirsinq etdirməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 25 Eylül 2015 19:12
    İlk dəfədir eşidirəm maraqlı xəbərdir amma məncə ölüm ehtimalı 100 də 1 olar.cünki bu yazılanları çoxumuz edirik.pirsinqdən ölənini və ya sızanağı partladıb ölənini heç eşitməmişəm.Xəbər üçün təşəkkürlər.
  2. Jessica
    aa heç bilmirdim men tam eskinin edirdim maraqlı xeberdi teşekkürler
  3. royus
    • royus
    • 23 Eylül 2015 14:28
    maraqli xeber idi tesekkur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.