Xəmirdə Vyana sosisləri

16 Eylül 2014
1 729
0
Xəmirdə Vyana sosisləri
Xəmirdə Vyana sosisləri


Tərkibi (6 ədəd):

200 q un
10 q şəkər tozu
0,5 ç.q. duz
20 q kərə yağı
100 ml su
2/3 ç.q. (3 q) quru maya
6 ədəd uzun Vyana sosisi

Hazırlanması:
Sosislərdən başqa digər ərzaqlardan xəmir yoğurun.

Xəmiri 6 yerə bölün. Üzərinə nəm dəsmal çəkib 10 dəqiqə saxlayın.

1 kündəni götürüb oval formada nazik yayın. Ortasına Vyana sosisi qoyun. Xəmirin hər iki tərəfində 5 kəsik edin.

Xəmirin böldüyünüz şəridlərini ardıcıl olaraq sosisin üzərində üst-üstə qoyun.

Hamısını bu cür hazırladıqdan sonra 30 dəqiqə 35 dərəcə istilikdə saxlayın. Xəmir iki dəfə şişəndən sonra üzərinə mayonez (yaxud ketçup və doğranmış cəfəri) çəkin.

180-190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.