Toyuq çörəyi

21 Eylül 2014
2 006
0
Toyuq çörəyi
Toyuq çörəyi


Tərkibi:

1 x.q. zeytun yağı
1 baş soğan
2 diş sarımsaq
1/3 st. sidr qozası (şam fıstığı)
750 q toyuq qiyməsi
1,5 fincan təzə çörəyin ovulmuş içi
3/4 st. xırdalanmış təzə reyhan
1/4 st. xırda doğranmış cəfəri
1 yumurta

Hazırlanması :

Sobanı 180 dərəcə qızdırın. Dərin formanı yağlayın.

Yağı tavaya qoyub orta itilikli odda əridin. Xırda doğranmış soğan, əzilmiş sarımsaq və sidr qozasını əlavə edin. Qarışdıraraq 8 dəqiqə, soğan yumşalınca bişirin. Soyudun.

Qiymə, çörək ovuntuğu, doğranmış göyərti, yumurta, qovurduğunuz soğan-fıstıq qarışığı, duz və istiotu qarışdırın.

Bu qarışığı formaya yığın, əlinizlə azca basın.

40 dəqiqə, qızılı rəng alanadək bişirin. Sonra sobanı söndürüb daha 10 dəqiqə içində saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.