Limonlu vatruşka

23 Eylül 2014
1 838
0
Limonlu vatruşka
Limonlu vatruşka


Tərkibi:

250 q marqarin
3 st. un
2 x.q. şəkər tozu
1 çimdik duz

iç:
2 limon (yaxud portağal)
1 st. şəkər tozu
1 x.q. nişasta

Hazırlanması :

Unu ələyin, yağı sürtgəcin xırda gözündən keçirib unla ovun. Şəkər tozu və duz qatın. Bu ovuntuğu siniyə döşəyin, kənarlarını qaldırın.
2 limonu və ya portağalı dənəsini təmizləyib sürtgəcdən keçirin. 1 st. şəkər tozu və 1 x.q. nişasta əlavə edib qarışdırın. Bu qarışığı sinidəki ovuntuğun üzərinə yayın. Ovuntuğun qalanını üzərinə səpin.

180 dərəcə qızdırılmış sobada bişirin. Soyutduqdan sonra üzərinə tort üçün olan portağal jelesi çəkin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.