Şokoladlı desert

27 sentyabr 2014
1 607
7
Şokoladlı desert
Şokoladlı desert


Tərkibi:

200 q tünd şokolad
500 q südlü şokolad
400 q nutella
150 q fındıq

Hazırlanması:

Bu desert üçün 10x20x7 sm ölçüdə qab gərəkdir.

Tünd şokoladı su hamamında əridin. Fırçanın köməyi ilə onu qabın dibinə və divarlarına çəkin.

Qabı 2 dəqiqəlik soyuducuya qoyun. Sonra çıxarıb bir daha şokolad çəkin. Yenə dondurucuya qoyun.

Südlü şokoladı da su hamamında əridin. Fındığı xırdalayın.

Südlü şokolad, nutella və fındığı qarışdırın.

Bir neçə dəqiqə müddətində soyudun, sonra dibinə şokolad çəkdiyiniz qaba tökün. Qabın ağzına qida plyonkası çəkib soyuducuda 3 saat saxlayın.

Deserti qabdan çıxarmaq üçün iti bıçağı kənarlarından içəri salın, kəsin.

Nuş olsun!
Şərhlər
_ESTRELLA_
resepte gore sag olun
ЗайкА)
rəylər üçün təşəkkürlər )
_Əlinin Aşkı_
recepte gore cox sagoll
Bahar
maraqlidi hazirlamaq olar
feataz
Respte gore twk(:
ЗайкА)
Sitat: ALiYeV
oz desertindir deyesen şokolad))


Həə özümə həsr etmişəm :D :D
FeaT.Az
oz desertindir deyesen şokolad))
Şərh Yaz