Balkanların "Napoleon"u

30 Eylül 2014
2 595
0
Balkanların "Napoleon"u
Balkanların "Napoleon"u


Tərkibi:

250 q qat-qat xəmir
4 yumurta
100 q nişasta
30 q un
300 q şəkər tozu
2 paket vanilli şəkər
750 ml süd
250 ml yağlı qaymaq

Hazırlanması:


Qat-qat xəmiri yayın, formanın ölçüsündə iki yerə bölün.

Xəmiri çəngəllə deşin. Hər layı 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə, qızılı rəng alınca bişirin.

Bir layı əsas üçün saxlayın. Digərini isə porsion dördbucaqlılara bölün.

Yumurta ağlarını 100 q şəkər tozu ilə möhkəm çalın.

Yumurta sarılarını ayrı qabda 100 q şəkər tozu ilə çalın, vanilli şəkər tozu, nişasta, un və su əlavə edib qarışdırın.

Südü qaynadın. Yumurta sarılarından hazırladığınız kremi əlavə edib qarışdıra-qarışdıra ocağın üstə qatılaşanadək bişirin. Ocaqdan götürəndən sonra çalınmış yumurta ağlarını əlavə edin. Bu kremi əsas layın üzərinə bərabər qaydada yayın.

Qaymağı 100 q şəkər tozu ilə çalın. Donmuş kremin üzərinə çəkin. Üzərinə isə dördbucaqlı şəkildə kəsdiyiniz korj parçalarını yerləşdirin. Soyudun. Süfrəyə verəndən əvvəl üzərinə şəkər pudrası səpin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.