Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ

21 Nisan 2016
3 287
1
Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ
Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ

Göl süngəri çox effektli təbii kosmetoloji vasitə sayılır. FeaT.Az saglamolun.az-a istinadən bildirir ki, bioloji aktiv maddələrlə olduqca zəngin olan göl sündəri dəriyə bərpaedici, cavanlaşdırıcı, iltihabəleyhinə təsir göstərir, dəridə qan dövranını yaxşılaşdırır.

Göl süngərinin dəriyə təsiri:
- dərini ölmüş hüceyrələrdən təmizləyir
- ağardır
- piy vəzilərin fəaliyyətini azaldır, yağlı dərinin pis parıltısını götürür
- qırışları hamarlayır
- məsamələri təmizləyir
- sızanaqları qurudur
- iltihabı azaldır
- sızanaqlardan qalan ləkələri, çapıqları yox edir
- hematomaları, qançırları müalicə edir.
Göl süngəri güclü vasitə sayılır. Bu səbəbdən istifadə etdikdən əvvəl göl süngəri az miqdarda suda həll edib dərinin kiçik hissəsinə çəkin, 15 dəqiqə gözləyin və sonra yuyun. Dərinin reaksiyasına 1-2 gün ərzində nəzarət edin. Dəri bir qədər qızararsa, bu normal sayılır. Lakin qızartı çox olarsa, dəri güclü qaşınarsa və dəridə şişkinlik əmələ gələrsə, vasitədən istifadə etməyin.
Dəridə istənilən yara, xora, irinli sızanaqlar, damarlar toru varsa, bu vasitədən istifadə etməyin.
Göl süngəri əsasında maskalar:
Sadə maska
Apteklərdə satılan göl süngəri tozu az miqdarda ilıq mineral su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir. Dərini sürtmək olmaz! 15-20 dəqiqədən sonra maskanı ilıq axar su ilə yuyun.
Bu maska dərini cavanlaşdırır, təravətləndirir, rəngini yaxşılaşdırır, təmizləyir. Həftədə 2 dəfə istifadə etmək olar.
Göl süngəri + 3%-li hidrogen peroksid ("perekis")
Bu çox güclü maskadır. Piqment ləkələri, sızanaqlardan qalan ləkələri yox edir, dərini xeyli təmizləyir və hamarlayır.
Göl süngəri "perekis"lə qarışdırılır və üz dərisinin problemli hissələrinə (bütün dəriyə yox!) çəkilir. Belə proseduraları həftədə 2-3 dəfə etmək olar. Müalicə kursu dərinin vəziyyətindən asılı olaraq - 5-15 maska təşkil edir. Maskanı üz dərisinə kiçik qubka və ya fırça ilə çəkin.
15 dəqiqədən sonra maskanı axar suyun altında yuyun.
Göl süngəri istifadə etdikdən sonra dəri bır qədər qızarır və bir müddətdən sonra qabıq verməyə başlayır. Bu normaldır. Müalicə zamanı dəriyə gün şüaları düşməməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ilk defedir oxuyuram lap yaxshi ehtiyaci olanlar ucun yeni vasite....teshekkurler paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.