Beşamel sousu ilə kartof

03 Ekim 2014
2 069
0
Beşamel sousu ilə kartof
Beşamel sousu ilə kartof


Tərkibi:

80 q qrüyer pendiri
1 l süd
1,5 x.q. un
1,5 x.q. zeytun yağı
40 q kərə yağı
1 diş sarımsaq
1,2 kq kartof
duz

Hazırlanması:
Yuyulmuş, amma qabığı təmizlənməmiş kartofu iri qazana qoyun, üzərinə soyuq su və 1 ç.q. soda tökün, ocağa qoyun. Qaynara düşəndə ocağı azaldın, sonra 20-30 dəqiqə bişirin. Kartof yumşaq olmalı, amma dağılmamalıdır.

Suyunu süzün. Təmizləyin, fal-fal, nazik doğrayın.

Odadavamlı tavaya sarımsaq çəkin. Kartofun yarısını içinə döşəyin. Sobanı 200 dərəcə qızdırın.

Beşamel sousu: kərə yağını zeytun yağı ilə birlikdə əridin, un əlavə edib qarışdırın, daha 2 dəqiqə bişirdikdən sonra tədricən süd tökün, duz vurun. Qarışdıraraq daha 4 dəqiqə, sous qatılaşanadək bişirin.

Sousun yarısını tavadakı kartofun üzərinə gəzdirin. Sürtgəcdən keçirilmiş qrüyer pendirinin yarısını səpin. Kartofun qalanını döşəyin, sousun qalanını da üzərinə gəzdirin, yenə qrüyer pendiri səpin. Sobada 15 dəqiqə bişirin.

Süfrəyə elə kartofu bişirdiyiniz qabda verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.