Düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri

08 Mayıs 2016
1 733
0
Düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri
Düyü suyunun gözəlliyinizdə 4 möcüzəvi təsiri


Plov hazırlayarkən düyünü bir qədər suda saxladıqdan sonra həmin su atılır. Amma artıq o suyu atmaqdansa, gözəlliyinizdə dəyərləndirə bilərsiniz. Çünki, düyü suyu saçın yağlılığının qarşısını alır, dərini gözəlləşdirir və sızanaqların qarşısını alır

Saç tökülməsinin qarşısını alır


Saç tökülməsi təbii ki, darıxdırıcı bir hadisədir. Saç tökülməsinin qarşısını almaq üçün bir çox bitki mənşəli və ya kimyəvi yola müraciət edilir. Ancaq düyü suyu ilə də saç tökülməsinin qarşısını ala bilərsiniz. Türkiyəli gözəllik mütəxəssisi Suna Dumankaya’nın bu mövzuda xüsusi bir müalicəvi reseptini sizlərlə paylaşırıq.

Vəsaitlər:


1 x/qaşığı üzüm suyu

1 xörək qaşığı qaynadılmış düyü suyu

1 xörək qaşığı qaynadılmış buğda suyu

1 xörək qaşığı yulaf suyu

1 xörək qaşığı Medoil zeytun yağı

Hazırlanması və tətbiqi: Bir qabda bütün vəsaitləri qarışdırın. Əldə edilən qarışımı masaj hərəkətləri ilə saç diblərinə tətbiq edin. 1 saat gözlətdikdən sonra yuyun.

Dərini ağardır və dartır


Düyünün tərkibindəki minerallar dərini günəşdən qoruyur. Eyni zamanda dərini ağardaraq dəri ləkələrini də aradan qaldırarkən, istifadə edildiyi bölgədəki qırışların və sallanmaların da qarşısının alınmasında da köməkçi olur.

Tonik üçün vəsaitlər:

5 ç/qaşığı düyü,

1.5 çay stəkanı ilıq su.

Hazırlanması və tətbiqi: Düyünü ilıq suda 3 dəqiqə saxlayın. Daha sonra bir şüşəyə töküb tonik kimi istifadə etməyə başlayırıq. Bu toniki soyuducuda mühafizə edərək, sadəcə 3 gün istifadə bilərsiniz.

Sızanaq və qara nöqtələrdən xilas edir

Sızanaq və qara nöqtələrə qarşı 1 çay stəkanı düyünü 2 çay stəkanı suda ən az 2.5-3 saat gözlədin. Daha sonra düyünün suyunu süzün və üzünüzü bu suyla yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.