Qırışlara qarşı möcüzəli KREM

15 Mayıs 2016
2 271
0
Qırışlara qarşı möcüzəli KREM
Qırışlara qarşı möcüzəli KREM

FeaT.Az immunitet.az-a istinadən ev şəraitində hazırlanması mümkün olan qırışlar əleyhinə krem reseptini təqdim edir. Bu reseptdə yazılanlara əməl eləsəniz, bir həftə ərzində dərinizin necə gözəlləşdiyinin şahidi olcaqsınız. Resept asan başa gəlir. Amma gərək yatmazdan 2 saat əvvəl üzünüzə sürtəsiniz, çünki kremin dəriyə verdiyi xoş təsir 2 saat müddətində öz işini görür. Kremi hazırlamaq üçün aşağıdakılar lazımdır:

- 1 yumurta sarısının yarısı
- 2 çay qaşığı qoz yağı, olmasa zeytun yağı da qatmaq mümkündür
- 1 çay qaşıqı xörək duzu
- 2 çay qaşığı çobanyastığı dəmləməsi (1 xörək qaşığı quru çobanyastığı çiçəyi 200ml suda 15-20 dəqiqə qaynadılır)
- yarım çay qaşığı bal
- 2 çay qaşığı kosmetik vazilen (apteklərdə satılır)
Bunların hamısı eyni kütlə şəklinə düşənədək qarışdırılır, soyuducuya qoyulur.
Yüngül massaj şəklində dəriyə çəkilir, 30 dəqiqə sonra pambıq tamponla silinib mineral su hopdurulur.
Yuxarıda deyilənlərə əməl etsəniz dərinizin 3 gündə necə dəyişildiyini görəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.