Qızardılmış süd

04 Ekim 2014
1 731
0
Qızardılmış süd
Qızardılmış süd


Qızardılmış süd - bir qədər fantastik səslənir. Əslində isə çox dadlı və hər bir xanımın hazırlaya biləcəyi asan desertdir.

Tərkibi:

0,5 l süd
150 q kərə yağı
300 q un
150 q şəkər tozu
3 yumurta
250 q narın suxarı
darçın
yarım limonun qabığı

Hazırlanması:


Kərə yağını tayqulpda əriməyə qoyun. Bu müddətdə yumurtaların ağını sarısından ayırın.

Yağ əriyəndən sonra ocağı azaldın, unun 2/3 hissəsini əlavə edin, daim qarışdıraraq iki dəqiqə qovurun, şəkər tozunu əlavə edin, qarışdırın.

Limon qabığı və darçını əlavə edin. Limon qabığını əzə-əzə qarışdırın.

Əlinizi saxlamadan südü əlavə edin. Krem qaynayanadək qarışdırın, sonra ocaqdan götürüb təxminən 5 dəqiqə soyudun.

Yumurta sarılarını bir-bir kremə əlavə edib hər dəfə də sürətlə qarışdırın ki, bişməsin.

İri yastı qabı kərə yağıyla yağlayın. Yüngülcə narın suxarı səpin.

Kremi bərabər qaydada yayın (optimal qalınlığı 2 sm).

Soyudun. Dondurucuda ən azı 3 saat saxlayın, o elə donmalıdır ki, sonra kəsmək asan olsun.

Yumurta ağlarını çəngəllə qarışdırın (çalmayın). Donmuş kremi kvadrat, romb və ya üçbucaq formasında doğrayın.

Vacib məqam! Kremin donu açılmasın deyə cəld işləmək lazımdır. Hər tikəni hərtərəfli una, sonra yumurta ağına, sonra isə narın suxarıya batırmaq lazımdır.

Tikələri qızdırılmış çoxlu miqdarda yağda qızardın. Yağ çox qaynar olmalı, qızartma prosesi də sürətli və qısa olmalıdır. Yəni "içəridəki" krem bərkiməməlidir: üstü xırt-xırt olmalı, içi isə duru alınmalıdır.

Kağız salfetin üstünə düzüb yağını çəkməsini gözləyin, süfrəyə isti-isti, giləmeyvə sousu və ya mürəbbə ilə verin.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.