Ev şəraitində məşhur müalicəvi balzamın hazırlanması - RESEPT

11 Eylül 2016
2 001
0
Ev şəraitində məşhur müalicəvi balzamın hazırlanması - RESEPT
Vaxtilə "Ulduz" balzamı ən populyar və tez-tez istifadə olunan müalicəvi vasitələrdən biri idi.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bu vasitə iltihabəleyhinə təsirə malikdir, müxtəlif ağrılar zamanı yaxşı effekt verir, soyuqdəymə, zökəm zamanı xəstənin vəziyyətini yüngülləşdirir.

Sizə məşhur balzamın reseptini təqdim edirik.

10 qr vazelin (apteklərdə satılır) kiçik enli şüşə qaba (krem və s. qablar) qoyulur. Üzərinə 20 damcı kamfora yağı, 20 damcı nanə yağı, 10 damcı evkalipt və 10 damcı darçın yağı əlavə olunur (yağlar apteklərdə satılır), yaxşı qarışdırılır. Balzamı soyuducuda qapağı bağlı şəkildə saxlayın və iltihab və ağrılar zamanı köməkçi müalicəvi vasitə kimi istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.