Ananaslı "xrizantema"

14 Ekim 2014
1 467
0
Ananaslı "xrizantema"
Ananaslı "xrizantema"


Tərkibi:

ananas konservi (halqa)
hazır qat-qat xəmir
1 yumurta
şəkər pudrası

Hazırlanması:

Halqa formasında olan ananas konservini suyunun çəkilməsi üçün qalın kağız salfetin üzərinə düzün.

Mayasız qat-qat xəmiri 2-3 mm qalınlıqda yayın, 1,5 sm enində uzun şəridlərə doğrayın.
Bu şəridləri ananas halqasının ətrafına dolayın.

Hazır "çiçəkləri" perqament döşənmiş siniyə düzün.

180 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng alanadək bişirin.

Üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.