Dərini yeniləyən nanəli maska

26 Aralık 2016
1 899
0
Dərini yeniləyən nanəli maska
Əgər siz də təbii, evdə hazırlanmış maskalara üstünlük verirsinizsə, dərini yeniləyən və canlı saxlayan nanə maskası ilə tanış olmanızı məsləhət görərdik.

Feat.Az dərini yeniləyən nanə maskasını təqdim edir.

1 ədəd xiyar
1 yemək qaşığı evdə hazırlanmış qatıq
Yarım dəstə nanə
1 çay qaşığı təzə sıxılmış limon

Necə hazırlanır?

Bir kasanın içərisində qatıq, doğranmış nanə yarpaqları və limon suyunu qarışdırın. Xiyarları doğrayın. İstər əzin, istərsə də, maskanı çəkdikdən sonra dərinizə dilimlər halında qoyun. Hazırladığınız nanə maskasını əvvəlcədən yuduğunuz təmiz dərinizə çəkin. 15 dəqiqə gözləyib ilıq su ilə yuyun.

Qeyd: nanə maskasını həftədə iki dəfə tətbiq edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.