Sıfır Makiyajla Mükəmməl Görünmənin Sirri

12 Ocak 2017
1 551
0
Sıfır Makiyajla Mükəmməl Görünmənin Sirri
Dəri gözəlliyi, yalnız baxım məhsulları və makiyaj vəsaitləriylə əldə edilə bilməz.

Artıq çoxumuzun səhər gözünü açar açmaz vərdiş halına gətirdiyi bir makiyaj üsulu var. Bəs gün ərzində müəyyən vərdişlərimizə diqqət yetirərək daha gözəl görünə bilməmiz mümkünmü?

Buyurun, sizlərə üzünüzdə sıfır makiyajla gözəlliyinizi davam etdirəcək 5 qızıl məlumat

Qaşlar əhəmiyyətlidir:

Qaşlarınız üzünüzün ən əhəmiyyətli nöqtəsidir. Gün ərzində makiyaj etməyə gərək qalmaması üçün qaşlarınıza diqqət göstərməniz və düz tutmanız lazımdır. Unutmayın ki, qaşlarınız üzünüzün damıdır. Dəriniz və dodaqlarınızın görünüşünə çox təsir edər.

Günəşdən qorunun:

Günəşdən qorunmaq, dərinin gənc və sağlam qalması üçün çox əhəmiyyətlidir. Yaz, qış ən az 15 spfli günəş kremləri istifadə etməyə diqqət edin.

Bol maye qəbul edin:

Bol su içmək bədəninizdə duz su tarazlığını qoruyacaq. Bol su içmənin dərinizə verdiyi fayda qədər sağlamlığınız baxımından da həyati əhəmiyyət daşımaqdadır.

Yuxunuzu alın:

Yuxusuz qaldığınızda gözləriniz çökər və üzünüzün solğun görünməsinə səbəb olar. Bu səbəblə yuxunuzu kifayət qədər aldığınıza əmin olmanız lazımdır.

Dərinizi soyuq su ilə təmizləyin:

Soyuq su, üzünüzdəki yorğunluq ifadəsinin azalmasını və dərinizin canlanmasını təmin edəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.