Limon və Limon Suyunun dəriyə Faydaları

14 yanvar 2017
2 980
0
Limon və Limon Suyunun dəriyə Faydaları
Limon vitamin və mineral baxımından zəngin olduğu üçün dəriyə çox faydalı bir qidadır.

Limonun dəriyə, üzə faydaları saymaqla bitməz; Dəri ləkələrini yox edər, sızanaq meydana gəlməsinin qarşısını alar, qara nöqtələri aradan götürər.

Feat.Az sizə dəriyə limon sürmənin, limon maskasının faydalarını təqdim edir:

Dərini ölü hüceyrələrdən təmizləyir

Peeling, dərini ölü hüceyrələrdən təmizləmək deməkdir. Limon da ən güclü peeling maddələrindəndir. Limonla peeling hazırlamaq üçün; 1 çay qaşığı limon suyu ilə 1 yemək qaşığı şəkər və 1 yumurtanı qarışdırıb dərinizə sürtün, 10 dəqiqə gözləyib su ilə yuyun. Ardından dərinizə nəmləndirici sürtün.

Sızanaq, sızanaq izləri və dəri ləkələrini aradan qaldırar

Limon, sızanaqları sürətli bir şəkildə müalicə etməyə köməkçi olan L-askorbik turşu maddəsi ehtiva edər. Ayrıca limondakı C vitamini, sağlam dəri toxumlarının çoxalmasını təmin edib, sızanaq izlərini və dəri ləkələrini aradan qaldırmağa köməkçi olar. Limon antibakteriyal olması sayəsində sızanaq meydana gəlməsinə səbəb olan bakteriyalarla da mübarizə aparar.

1 dilim limonu, sızanaq, dəri ləkəsi və ya sızanaq ləkəsi olan yerə sürüb 5 dəqiqə sonra yuyun. Sızanaqlar keçənə qədər gündə 2 dəfə bu əməliyyatı təkrarlayın.

Yaxud yarım çay qaşığı limon suyu ilə yarım çay qaşığı gül suyunu qarışdırıb, pambıqla sızanaq olan yaxud dəri ləkəsi, sızanaq ləkəsi olan yerə sürtün. 15 dəqiqə gözləyib su ilə yuyun. Gündə 2 dəfə davam edin.

Ayrıca, dərinizi sərbəst radikalların ziyanından qorumaq və dəri pH səviyyəsini tarazlıqda tutmaq üçün hər gün bir stəkan limonlu su için.

Dərini nəmləndirər

Limon, quru dərini nəmləndirmək üçün istifadə edilə biləcək maddələrdəndir. Bərabər miqdarda limon suyu, zeytunyağı və balı qarışdırıb dərinizə, quru yerlərə sürtüb 10-15 dəqiqə gözlədin. Su ilə yuyun. Bu maska dərinin qurumasının qarşısını almağa köməkçi olacaq.
Şərh Yaz