Kök Maskasıyla Sızanaq və Ləkələrə Son!

Kök Maskasıyla Sızanaq və Ləkələrə Son!
Qışın gəlməsi ilə birlikdə qış tərəvəzlərindən faydalanmanın da zamanı gəldi.

Xəstəliklərimizə şəfa, sağlamlığımıza xeyiri olduğu qədər dərimizə də faydalı olduğundan bəhs edək.

Evdə asanca hazırlaya biləcəyiniz kök maskalarıyla sızanaq və ləkələrdən xilas ola biləcəyinizi bilirdinizmi? Tərkibində bol A vitamini ilə dərinizə təmizlik və parlaqlıq verə bilərsiniz.
Bioloq və kozmetoloq Pervin Bulgak evdə asanca hazırlaya biləcəyiniz kök maskalalarının reseptlərindən faydalanmağı tövsiyyə edir:

Sızanaqlar Üçün Kök Maskası

Vəsaitlər:
1 yemək qaşığı bal
2 yemək qaşığı kök suyu ( rəndələnilmiş kökdən əldə edilir)
1 çay qaşığı zeytun yağı, 3 damla limon suyu
Hazırlanması: Vəsaitləri yaxşıca qarışdırın. Maskanı dərinizə sürdükdən 20 dəqiqə sonra dərinizi ilıq su ilə yuyun. Kök maskası dərinizin turşu-əsas nisbətini tarazlayacaq. Kök maskasını həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

Yetkin Dəri

Vəsaitlər:
¼ çay stəkanı kök suyu
¼ çay stəkanı xiyar suyu…
Hazırlanması: Qarışdırın və pambıq ilə üzünüzə və boyunuza tətbiq edin. Bu qarışığı hər axşam dərinizə tətbiq edə bilərsiniz.

Köklü Ləkə Maskası

Vəsaitlər
2 ədəd kök
1/2 limon
Hazırlanması: Köklərin xarici səthi soyulub rəndələnir və süzgəc köməyi ilə suyu süzülür. Limonun da suyu çıxardılır. Kök və limon suyu qarışdırılır. Əldə edilən bu maye üzə sürtülər və 30 dəqiqə gözlədildikdən sonra ilıq su ilə təmizlənər. Bu maye arzu edilsə gündə 3-4 dəfə pambıqla ləkələrin üzərinə tətbiq edilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.