Tuşun Qurumaması Üçün Nə Etməliyik?

24 Ocak 2017
1 743
0
Tuşun Qurumaması Üçün Nə Etməliyik?
Ən sevdiyiniz tuşunuzu sonuna qədər istifadə edə bilməniz üçün bir neçə şeyə diqqət etməniz lazımdır.

Baxışlarımızın mənasına məna qatan tuşlar, makiyaj etməsə belə hər qadının mütləq istifadə etmiş olduğu məhsullardan biridir. Çox təəssüf ki, səhv istifadə edildiyi üçün ömürü də ən qısa olan məhsullardan biridir. Bu yazımızı oxuyaraq bəlkə də çox pullar verərək aldığınız favorit tuşunuzu daha uzun müddət istifadə edə biləcəksiniz.

Saxlama üsulunuzu dəyişdirin
Tuşunuzu quru və sərin yerlərdə saxlamanız, içində olan uçucu yağların buxarlanmasına mane olar. Beləcə tuşunuz çox daha uzun müddət qurumadan istifadə edilə bilər. Soyuducuda saxlamanız da mümkündür.

Ağızını açıq buraxmayın
Tuşunuzun qapağını uzun müddət açıq buraxsanız, havayla təmas etdiyi üçün quruyacaq. Tətbiq edərkən fırçanı çıxardıqdan sonra əlinizdə tutduğunuz bir salfet köməyi ilə ağızını bağlayaraq tətbiq edin. Beləcə havayla daha az təmas etməsini təmin edib, qurumasının qarşısını ala bilərsiniz.

Fırçanı tuş qabına salma üsulunuzu dəyişdirin
Tuşunuzun qabına irəli geri hərəkətlərlə salıb çıxarmanız kirpik üçün tuşunuzun içinə lazım olandan çox hava girməsinə səbəb olar. Bu səbəblə irəli geri hərəkətlər yerinə fırçanızı qabın içinə soxub dairəvi hərəkətlərlə tuşa bulayın, beləcə qabın içinə daha az hava girər və istifadə etmə müddətiniz uzanar.

Tuş qabının ağızını mütləq təmizləyin
Tuşunuzun fırçasını çıxardığınızda qabın ağızında tuş mayesi yığılar. O məhsulu mütləq təmizləyin. Fırçanızı çıxararkən yığılan məhsullar quruyar, daha sonra təkrar tuşu istifadə etmək istədiyinizdə fırçanızın tüklərinə yapışar və topa - topa bir görünüş yaradar.

Fırçanızı nizamlı olaraq təmizləyin
Necə ki, üz fırçalarımızı nizamlı olaraq təmizləyiriksə, daha keyfiyyətli görüntü üçün tuş fırçamızı da mütləq təmizləməliyik. Kirpik üçün tuş fırçanızı təmizləmək üçün göz təmizləmə sularından faydalana bilərsiniz.

Bunları etdim, amma yenə də kirpik üçün tuşum qurudu deyirsinizsə, o zaman tuşun içinə 1 damla qliserin damladın, fırçanızı bağlayıb bir az gözləyin, həll edildiyini görəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.