Qara Nöqtələrə qarşı Təsirli Maska və Peeling

Qara Nöqtələrə qarşı Təsirli Maska və Peeling
Burnunuzun üzərində, çənənizdə ya da alınınızda meydana gələn qara nöqtələrin canınızı sıxmasına icazə verməyin.

Feat.Az sizi bu problemdən qurtaracaq 2 düsturu təqdim edir:

Gözəlliyinizə kölgə salan qara nöqtələrdən xilas olmaq və tərtəmiz bir dəriyə sahib olmaq üçün bunları mütləq tətbiq etməlisiniz.

Mətbəxinizdə gündəlik istifadə etdiyiniz bir neçə vəsait ilə dəri baxımınızı olduqca sərfəli şəkildə qulluq edə bilərsiniz. İndi paylaşacağımız bu 2 düstur isə xüsusilə qara nöqtələr üçün çox təsirlidir...

Limon qabıqlı maska

Vəsaitlər:
1 xörək qaşığı qatıq
1 ədəd rəndələnilmiş limon qabığı
1 xörək qaşığı un

Hazırlanması və tətbiqi:
Bütün vəsaitləri bir qabın içərisində qarışdırın. Qara nöqtələrin üzərinə masaj edərək sürtün. 15-20 dəqiqə gözlətdikdən sonra maskanı yenə ovarak çıxarın. Bu maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz.

Qəhvəli peeling

Vəsaitlər:
1 çay qaşığı toz şəkər
1 çay qaşığı qəhvə
Bir miqdar bal

Hazırlanması və tətbiqi:
Bütün vəsaitləri təmiz bir qabın içərisində qarışdıraraq, yüngülcə islatdığınız dərinizə çox çox basdırmadan dairəvi hərəkətlərlə tətbiq edin və bir müddət gözlətdikdən sonra durulanın.

Fincanın dibində qalan qəhvə telvesi də olduqca təsirli bir peeling vəsaitidir. Barmaq uclarınızla üzünüzə yedirdiyiniz telveyi bir müddət gözlətdikdən sonra durulayarak da dərinizə parlaqlıq və canlılıq qazandıra bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.