Körpə Masajı Etmənin Pik Nöqtələri

03 Şubat 2017
2 293
0
Körpə Masajı Etmənin Pik Nöqtələri
Onlar da masaj sevər...

Ana ilə körpə arasındakı bağı ən çox gücləndirən masaja laqeyd yanaşmayın. Mütəxəssislərdən aldığımız məlumat və təkliflərdən sizin üçün praktik və faydalı olanları yığdıq.

​Üz masajı

Körpənizin üzü məmə əmmə, diş çıxarma, ağlama və ətrafında dayanmadan böyüyən dünyayla qarşı-qarşıya qalmaqdan ötəri davamlı və böyük bir stress altında qalar. Ona görə masaj şərtdir!

Barmaqlarınızı körpənin alınının ortasına qoyun və gicgahlara, oradan da yanaqlara doğru masaj edin.

Baş barmaqlarınızla körpənizin göz qapaqlarını gicgahlara doğru yüngülcə ovun.

Yenə baş barmaqlarınızla körpənin burnunu yanaqlara doğru yüngülcə basdıraraq ovun.

Çənədən qulaq arxalarına doğru yüngülcə masaj edin.

Qol masajı

Körpənizin qolunu qaldırın, çiyindən biləyə doğru əvvəl bir əlinizlə, sonra da o biriylə yavaşca masaj edin. Bu üsulun adı Hind Masajı Texnikasıdır. Hind Texnikasını tətbiq etdiyinizdə ovma əməliyyatını biləkdə bitirməyib əllərə qədər də tətbiq edə bilərsiniz.

Eyni hərəkəti bu dəfə də biləkdən çiyinə doğru təkrarlayın. Tərs istiqamətdə edilən bu masaja da İsveç Texnikası deyilir. Körpələr əl masajına huşunu itirər.

Körpənin əlini açın, hər barmağını sırayla ovun. Əlinin üstünü və ovucunun içini barmaqlara doğru aşağı yuxarı ovun.

Qarın masajı

Əllərinizi özünüzə doğru qum çəkər kimi körpənin qarınından qıçlarına doğru hərəkət etdirin.

Körpənin qıçlarını havaya qaldırın, dizlərdən bükərək yüngülcə qarına doğru basdırın. Qarın əzələlərinin boşalmasını təmin edəcək. Körpənizin qıçlarını biləklərindən qavrayaraq sol əlinizlə tutun.

Bundan əvvəlki hərəkətləri yalnız sağ əlinizi istifadə edərək edin. Bu mədəni rahatlaşdıracaq və masajın daha dərinlərə təsirli olmasını təmin edəcək.

Qarın masajını, barmaqlarınızın ucunu körpənin göbəyində soldan sağa doğru icra edərək tamamlayın. Bu hərəkət körpənin qazının çıxarılmasına köməkçi olar.

Qıç masajı

Qıçı hər iki əlinizlə yuxarı qaldıraraq tutun və əllərinizi bir-birinə tərs istiqamətlərdə çevirərək qıçını ovun. Ombadan biləyə doğru əllərinizin bu hərəkətini davam etdirin.

Eyni hərəkəti biləkdən ombaya doğru təkrarlayın. Qollara tətbiq etdiyiniz burma üsulunu əllərinizi aşağı yuxarı hərəkət etdirərək körpənin qıçına da tətbiq edə bilərsiniz.

Körpələr də böyüklər kimi ayaqlarına masaj edilməsindən xoşlanar. Baş barmağınızla topuqdan başlayaraq, barmaqlara doğru ayaq döşəməsini ovun.

Kürək masajı

Körpənizin masajını kürəyini ovarak bitirmək ən yaxşısıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.