Gözəl Saçlar üçün Doğru Daraq Seçimi

Gözəl Saçlar üçün Doğru Daraq Seçimi
Gözəl və sağlam saçların ən əhəmiyyətli sirlərindən birinin doğru daraq ya da fırça seçimi olduğunu bilirdinizmi?

Elektriklənən saçlar üçün daraq təklifi

Əgər asan elektriklənən saçlara sahibsinizsə, plastik və metal fırçalardan uzaq dayanıb, taxta və ya tükdən edilmə fırçaları seçin. Elektriklənməyi önləmək üçün saçlarınızı quru - quru daramaqdan qaçının və saç kremi istifadə edərək elektriklənməyi azaldın.

Dolğun saçlar üçün daraq təklifi

Dolğun saçlar üçün istifadə ediləcək daraq növü yumru fırçalardır. Saçlarınızı qurutduqdan sonra hissələrə ayırıb darağınızla sarın və fön maşını tutun. Saçı bu şəkildə 15 dəqiqə tutub daraqları çıxarıb kremlənin və təkrar darayın.
Buyurun, dolğun saçlara sahib olmaq bu qədər sadədir.

Masaj üçün saç fırçası təklifi

Bədənimizin ən havasız bölgələrindən biri olan saç diblərini havalandırmaq üçün masaj etmək lazımdır. Saç diblərinə edilən masaj qan dövranını da sürətləndirdiyi üçün çox sağlamdır və bu səbəblə daraq seçimi də çox əhəmiyyətlidir. Ucları yumrulaşdırılmış fırçalar saç diblərini masaj edərək dərini rahatlaşdırar.

Buruq saçlar üçün daraq təklifi

Buruq saçlılar qətiliklə aralı dişləri olan fırçaları seçməli və daramadan əvvəl mütləq saç kremi istifadə etməlidir.

Cansız və sönük saçlar üçün fırça təklifi

Cansız saçlara sahibsinizsə, geniş aralıqlı və sərt quruluşa sahib fırça seçməniz lazımdır. Duşdan sonra başınızı önə əyib bu daraqla darayaraq qurudun və şəkilləndirin.:

Kəpəkli saçlar üçün daraq təklifi

Kəpəkli saçlara sahibsinizsə, darayarkən saç diblərindəki kəpəkləri daha da diqqətə çarpanlaşdırmamaq üçün ucları yumrulaşdırılmış və yumşaq bir fırça seçməniz lazımdır.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET