Dırnaqların sürətli və sağlam uzanmasını təmin edəcək üsullar

06 Şubat 2017
2 862
0
Dırnaqların sürətli və sağlam uzanmasını təmin edəcək üsullar
Dırnaqlarınızın sürətli və sağlam uzanmasını təmin etmək üçün bu meyarlara diqqət yetirin.

Gündə ən az iki litr su istehlak etmək, dırnaqlarınızın sürətli uzanmasını təmin edəcək faktorlardandır.

Qidalanmanızı bir nizama saldıqdan sonra dırnaqlarınıza lazım olan baxımı da edərək dırnaqlarınızın sağlam və sürətli bir şəkildə uzanmasını təmin edə bilərsiniz.

Nəmləndirin
Gün içərisində çox - çox təmizləyici məhsullarla yuyunan əllər, dırnaqların nəmini itirməsinə və elastikliyinin azalmasına səbəb olur beləcə dırnaqlar çox tez qırılır. Hər gün ən az bir dəfə nəmləndirici ilə əllərinizi nəmləndirməniz, əllərinizə və dırnaqlarınıza itirdiyi nəmi geri qazandırar və qırılmaları azaldar.

Gücləndirin
İncə və tez qırılan dırnaqlara sahibsinizsə, bu problem üçün dırnaq bəsləyici cilaları istifadə edə bilərsiniz. Ayrıca dırnaqları bəsləyən və uzadan təbii yağlardan olan zeytun yağı və badam yağı ilə müalicələr edə bilərsiniz. Digər tərəfdən C vitamini ehtiva edən limon və portağal qabığı ilə dırnaqlarınıza masaj etməniz və bir miqdar gözlətməniz dırnaqlarınızı gücləndirəcək.

Sürətli və sağlam dırnaq uzadan təbii müalicə

Vəsaitlər:

1 ədəd limon
1 çay qaşığı zeytun yağı

Hazırlanması və tətbiqi

Limonu dilimləyib üzərinə zeytun yağını tökün. Limon dilimləri ilə dırnaqlarınızı ovun. Dırnaqlarınızı həftədə 3 dəfə bu tətbiqlə çox uzada bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.