Avokadolu Maska Necə Hazırlanar?

06 Şubat 2017
1 291
0
Avokadolu Maska Necə Hazırlanar?
Qış aylarında dərimiz quruyur, hətta pul-pul tökülərək pis bir görünüş meydana gətirir.

Çoxumuz istifadə etdiyimiz nəmləndirici kremlərlə yüngülləşdirməyə calışsaq da, bu kremlərin təsiri qısa olub bir müddət sonra dəri əvvəlki halına dönür. Ancaq evdə edilən sadə bir nəm maskasıyla dəri quruluğuna son vermək çox sadədir. Sizlər üçün nəmləndirmə xüsusiyyətli bir maska araşdırdıq. Buyurun, avokadolu maskanı təqdim edirik:

Avokadolu nəm maskası necə hazırlanır?

Vəsaitlər:

1 ədəd yetkin avokadonun yarısı
1 yemək qaşığı qatıq
1 yemək qaşığı bal

Avokado bal və qatığı blenderlə krem konsistensiyasına gələnə qədər çəkin. Əldə etdiyiniz maska 3 günlükdür, bu səbəblə də, qapaqlı bir qabda saxlayın. Maskanı dərinizə sürtüb 15 dəqiqə gözləyin. Ardından dərinizi ilıq suyla durulayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.