Bu bitkilərlə gözəlliyinizə gözəllik qatın!

Bu bitkilərlə gözəlliyinizə gözəllik qatın!
Gözəllik bir qadın üçün olduqca əhəmiyyətlidir. Bir qadının şübhəsiz ən qiymətli varlığı təbii olan dərisidir.

Hamımız gündəlik baxımlarımızı edir dərimizi nəmli və sağlam tutmağa çalışırıq. Hər nə qədər möhkəmlətmələr etsək də, dərimizi tam mənasıyla qorumağa və zamana qarşı dərimizin məğlub olmasına maneə ola bilməz. Bunun səbəbi dərimizin içəridən kifayət qədər dəstəklənilməsi və lazımlı olan vitamin, zülal, mineral kimi dəstəkləri alması lazımdır.

Bir çox qida dərimizə yaxşı gəlir, nəticədə təbii olaraq istehlak edilən hər məhsul bədən sağlamlığı baxımından əhəmiyyətli bir yerə sahibdir. Ancaq bəzi qidalar ehtiva etdikləri dəyərlərdən ötəri dərimizə daha çox sağlamlıq və canlılıq verər və gözəlliyimizə gözəllik qatar.

NAR

Xüsusilə Polifenol antioksidan baxımından olduqca zəngin olan bir qidadır. Nar dəridəki qan axışını nizamlar, qan dövranını yüksəldər. Gündə bir stəkan nar suyu və ya, bir ədəd nar, qırışların meydana gəlməsinin qarşısını alar.

QOZ

Sanki təbiətin bir möcüzəsidir qoz. Omeqa-3 yağ turşusu baxımından olduqca zəngin olan bu qidadan gündə ortalama 3-4 dənə yeməklə dəriniz elastik olacaq və qırışların meydana gəlməsi azalacaq. Ayrıca saç baxımı üçün də bir variantdır. Təzə qozun yaşıl qabıqlarından təxminən on ədədini götürüb, qaynar suda məcun halına gətirib saçlarınıza müalicə olaraq istifadə edə bilərsiniz. İnanılmaz dərəcə də parlaq saçlara sahib olduğunuzu görəcəksiniz.

KAKAO

Kakao dərinizi olduqca nəmli tutmaqdadır. Dermatologlara görə 70% kakao ehtiva edən şokoladların dəridəki şişliklərə mane olduğu ifadə edilir.

SU

Bədənimizin böyük bir qisimi sudan ibarətdir. Su dərinin nəmləndirilməsini təmin etdiyi kimi elastikliyini qoruyar, erkən qırışların qarşısını alar. Sağlam bir fərd üçün ortalama tövsiyə edilən su, qadınlarda təxminən 2,5 litr, kişilərdə isə 3 litr ətrafındadır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.