Hər Cild üçün Bal Maskaları - RESEPTLƏR

11 Ağustos 2021
2 279
0
Hər Cild üçün Bal Maskaları - RESEPTLƏR
Yağlı cildlər üçün bal və kök maskası

Yağ dərimiz üçün lazımlıdır. Dərimiz bu yağ sayəsində yumşaq qalar. Ancaq çox yağ tozun dəri səthində yığılmasına məsamələrin tıxanmasına və dərinin həddindən artıq parlamasına gətirib çıxarar. Yağı nizamlamaq üçün bu maskanı həftədə bir tətbiq edə bilərsiniz..

Vəsaitlər:
1 böyük qaynadılmış kök
1 yemək qaşığı bal

Hazırlanması və tətbiqi:

Kökləri əzdikdən sonra balı qarışdırın və soyuması üçün soyuducuda 10 dəq. gözlədin. Daha sonra üzünüzə tətbiq edin. 15 dəq gözlətdikdən sonra ilıq suyla durulanın.

Quru cildlər üçün bal maskası

Vəsaitlər:
1 yumurta
1 yemək qaşığı bal

Hazırlanması və tətbiqi:

Yumurta və balı bir kasaya alın və yaxşıca qarışdırın. Qarışığı üzünüzə sürtüb 20 dəq. gözlədin. Yumurta quruduqda ilıq suyla yuyun.

Həssas cildlər üçün bal maskası

Vəsaitlər:
Yarım banan
1 yumurta
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf

Hazırlanması və tətbiqi:

Yulafı bananı əzdikdən sonra bir şüşə kasaya alın. Yumurtanı və balı əlavə etdikdən sonra barmaq uclarıyla bütün üzünüzə, boyunuza sürtün. 15 dəq. gözlədib ilıq suyla durulanın.

Sızanaqlara qarşı bal maskası

Vəsaitlər:
1 çay qaşığı yulaf
1 çay qaşığı portağal
1 çay qaşığı bal

Hazırlanması və tətbiqi:

Vəsaitləri qarışdırdıqdan sonra barmaq ucları ilə masaj edərək üzünüzə sürtün. 15 dəq. gözlədib ilıq suyla yuyun.

Qırışlar və incə xətlər üçün bal maskası

Vəsaitlər:
1 nar
1 yemək qaşığı bal

Hazırlanması və tətbiqi:

Məcun halına gətirdiyiniz narın içinə 1 xörək qaşığı balı qarışdırın, üzünüzə və boyununuza tətbiq edin. 30 dəq. gözlədib durulanın. Bu maskanı həftədə 2 ya da 3 dəfə tətbiq edə bilərsiniz. Əgər ləkələriniz çoxdursa, bu reseptə bir neçə damla limon əlavə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.