Dodaq boyası istifadəsində diqqət edilməli qaydalar

07 Mart 2017
2 018
0
Dodaq boyası istifadəsində diqqət edilməli qaydalar
Dodaq boyanız kənarlara yayılıbsa

Əvvəl pambıqlı çubuqla yayılan qisimləri təmizləyin. Sonra pambıqlı çubuğun ucuna bir parça tonlaşdırıcı krem sürtüb ləkələri bağlayın, pudralayın və dodaq boyanızı yeniləyin. Feat.Az bildirir ki, Dodaq boyanızı tətbiq etməmişdən əvvəl dodaqlarınıza bir az tonal krem çəkib pudralayın. Bir qat pomada sürtün və artığını almaq üçün iki dodağınızın arasına bir kağız dəsmal qoyub dodaqlarınızı bağlayın. Daha sonra 2-ci qatı tətbiq edin.

Dodaqlarınızı olduğundan daha dolğun göstərmək


– Dodaqlarınızı pomadanıza uyğun rəngdə bir dodaq qələmiylə təbii xəttinin tam üstündən çərçivələyin.
– Dodaqlarınızın yeni xəttinə sadiq qalaraq pomadanızı sürtün. Parlaq və açıq rənglər istifadə edin. Tünd rənglər dodaq həcminizi kiçildər. Tünd rəng istifadə etmək məcburiyyətindəsinizsə, dodaqlarınızın ortasına daha açıq bir rəng və ya parladıcı sürtün.

Dodaq boyanız dişlərinizə toxunursa


Dodaq boyanızı çəkdikdən sonra baş barmağınızı ağzınıza qoyun (uşaqların barmaq əmdiyi kimi) və dodaqlarınızı möhkəmcə bağlayın. Dodaq boyanızın çoxu barmaqlarınıza çıxacaq və dişlərinizdə pomada ləkəsi olmayacaq.

Diqqətçəkən dodaqlar üçün


Dodaq boyanızın rənginizə uyğun bir dodaq qələmiylə bütün dodağınızı boyaydıqdan sonra dodaq boyasını tətbiq edin. Daha diqqətə çarpan bir rəng əldə edəcəksiniz.

Təbii görünüşlü dodaqlar üçün


Dodağınızın təbii qırmızısına çox yaxın bir pomada rəngi seçin. Dodaq boyasını yalnız alt dodağınıza sürüb dodaqlarınızı bir-biri əsasdanda bağlayıb sıxın. Üst dodağınıza keçən pomadanı barmağınızın ucuyla yüngülcə yayın.

Parlaq dodaqlar


Dodaq parladıcılarının əvəziinə, dodaqlarınıza vazelin sürtün. Həm parlaqlıq daha qalıcı olacaq, həm də dodaqlarınız yayın günəşindən, qışda da soyuğundan qorunmuş olacaq.

Dodaqlarınızı olduğundan daha incə göstərmək üçün


– Dodaq kənarlarına yüngülcə tonal krem sürtün.
– Dodaqlarınızı, pomadanıza uyğun rəngdə bir dodaq qələmiylə üst dodağınızın təbii xəttinin altından, alt dodağınızın isə üstündən əhatələyin.
– Dodaqlarınızın yeni xəttinə sadiq qalaraq pomadanızı sürtün. Mat pomadalar seçin. Dodaq boyasını fırça ilə tətbiq etsəniz daha yaxşı nəticə əldə edərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.