Menstruasiya haqqında qadınların bilmədiyi FAKTLAR

Menstruasiya haqqında qadınların bilmədiyi FAKTLAR
Menstruasiya hər bir qadın üçün adi və təbii prosesdir. Lakin buna baxmayaraq, bir çox qadınlar menstruasiya ilə bağlı olan müxtəlif, elmi cəhətdən heç bir təsdiqi olmayan rəvayətlərə inanır. Feat.Az saglamolun.az-a istinadən onları təqdim edir.

- Menstruasiya zamanı hamilə qalmaq mümkün deyil.


Bu, yanlış fikirdir. Bu halda hamiləlik ehtimalı az da olsa, mümkündür! Menstruasiyanın sonunda cinsi əlaqədə olan qadın hamilə qala bilər. Məsələ burasındadır ki, qadınlarda ovulyasiya hər zaman menstrual dövrün ortasında baş vermir – daha tez və ya daha gec baş verə bilər. Spermatozoidlər isə qadının cinsi yollarında 5 (hətta 7) günə kimi “döyüşə” hazır vəziyyətdə qala bilirlər. Nəticədə tez baş vermiş ovulyasiya (xüsusilə menstrual dövrü qısa - 22, 24, 26 gün - olan qadınlarda) + həyat qabiliyyəti yüksək olan spermatozoidlər = hamiləlik.

- Menstruasiyanın birinci günlərində çimmək olmaz, bu, qanaxmaya səbəb ola bilər.

Bu da belə deyil. İlıq duş (isti vanna yox!) hətta menstruasiyanın birinci günündə qadağan deyil və qanaxmaya səbəb ola bilməz. Əksinə, ilıq su əzələlərin boşalmasına səbəb olaraq, menstruasiya zamanı olan ağrıları azaldır.

- Menstruasiya zamanı idmanla məşğul olmaq olmaz.

Bu da yanlış məlumatdır. Bəli, fiziki yükləmələr ağır olmamalıdır. Yüngül (!) idman yükləmələri isə menstruasiya zamanı qadağan deyil. Əksinə, fiziki yükləmələr bir çox hallarda menstruasiya zamanı mümkün olan ağrılarla mübarizədə qadına kömək edir.

- Hər menstrual dövrdə ovulyasiya baş verir.

Bu, səhvdir. Hətta tam sağlam qadınlarda bəzi menstrual dövrlərdə ovulyasiya baş verməyə bilər (buna “anovulyator menstrual dövr” deyilir). Ovulyasiyanın baş verməməsinə baxmayaraq, qadında menstruasiya normal qaydada başlayır.

- Menstruasiya zamanı qadın çoxlu qan itirir.
Bu, heç də belə deyil! Menstruasiya zamanı qadın az miqdarda (təxminən gün ərzində 2-3 xörək qaşığı) qan itirir və bu, onun sağlamlığına heç bir mənfi təsir etmir. Lakin əgər sizdə menstruasiyalar çox güclü qanaxma ilə müşayiət olunursa (siz hər 1-2 saatdan bir gigiyenik bezi dəyişməli olursunuzsa), bu narahatçılıq üçün səbəb yaradır. Belə qanaxmalar müxtəlif xəstəliklərin və pozulmaların (hormonal pozulmalar, miomalar, poliplər, şişlər, endometrioz və s.) simptomu ola bilər.

- Cərrahiyyə əməliyyatı zamanı uşaqlığı xarıc olunmuş (histerektomiya) qadında menstruasiyalar saxlanılır.

Səhvdir. Menstruasiya zamanı xaric olunan qan və qan laxtaları uşaqlığın selikli qişasıdır. Uşaqlıq olmadıqda bu proses də mümkün olmur.

- Menstruasiya zamanı olan ağrılar təbiidir və onlara dözmək lazımdır.


Müəyyən çox da güclü olmayan ağrılar mümkündür. Məsələ burasındadır ki, menstruasiya zamanı uşaqlıq köhnə selikli qişadan azad olmaq üçün fəal şəkildə yığılır və bu yığılmalar ağrılara səbəb olur. Lakin əgər ağrılar çox güclüdürsə, mütləq ginekoloqa müraciət edin. Belə ağrılar müxtəlif xəstəliklərin simptomu ola bilər.

- Menstruasiya zamanı dərman içmək olmaz.


Bu da növbəti səhvdir. Əgər menstruasiya çox güclü ağrılarla müşayiət olunursa, ağrısızlaşdıran (məsələn, nurofen) və ya spazmolitik (məsələn, no-şpa) preparatlardan biri istifadə oluna bilər.

- Hamiləlik zamanı menstruasiya ola bilər.


Bu, cəfəngiyatdır. Hamilə qadının orqanizmində follikullar yetişmir, ovulyasiya və uşaqlığın boşluğunda olan dövri dəyişikliklər (selikli qişanın qalınlaşması və s.) baş vermir. Bu səbəbdən hamilə qadınlarda menstruasiya mümkün deyil. Hamiləlik zamanı qadında qanlı ifrazatların olması təhlükəli simptom sayılır və hamiləliyin pozulmasının əlaməti ola bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.