Kəsmikli "torf" piroqu

21 Ekim 2014
2 239
0
Kəsmikli "torf" piroqu
Kəsmikli "torf" piroqu


Tərkibi:

400 q un
250 q yağ
500 q kəsmik
4 x.q. kakao
4 yumurta
350 q şəkər tozu
vanil
3 x.q. nişasta
100 q xama

Hazırlanması:


Kərə yağını yumşaldın, 150 q şəkər tozu əlavə edib çalın.

Kakaonu unla qarışdırın, yağlı-şəkərli qarışığı əlavə edib əlinizlə ovun.

Formanın içinə perqament döşəyin, ovuntuğun yarısını tökün, hamarlayın.

İç: kəsmiyi şəkər tozunun qalanı və vanillə qarışdırın, yumurta və xama əlavə edib blenderdə eynicinsli kütlə alınanadək çalın, sonra nişastanı əlavə edin, qarışdırın.

Kəsmikli içi ovuntuğun üzərinə tökün, hamarlayın.

Ovuntuğun qalanını üzərinə səpin.

190 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.