Manikür etdirərkən diqqətli olun

13 Nisan 2017
2 098
0
Manikür etdirərkən diqqətli olun
Manikürün əsasında istifadə etdiyiniz ləvazimatların keyfiyyəti durur. Bu səbəbdən manikür zamanı istifadə olunan fırçalar, "pilka", qayçı və digər dırnağa qulluq vasitələrinin keyfiyyətli məhsullardan olmasına xüsusi diqqət etmək lazımdır.

Manikür zamanı edilən səhv (xətalı pilkalama, sərt vasitələrdən istifadə) dırnaq səthinin cızılması, dırnaqlarınızın çatlaması, qırılmasına səbəb ola bilər. Buna görə də sərt vasitələrlə dırnaq ətlərinizi korlamaqdan qaçın. Pilkalama zamanı dırnaqlarınızı yandan ortaya doğru formada çox yumşaq pilkalayın.

Dırnaq ətinizi kəsmək üçün istifadə etdiyiniz qayçıların pis olması və buna görə də qoparılaraq kəsilməsi, ya da dırnaq ətlərinizin çox kəsilməsi nəticəsində dırnaqlarınızın kənarlarında sərtləşmələr, qurumalar və çatlamalar meydana gələ bilər. Buna görə də manikür üçün seçəcəyiniz qayçıların keyfiyyəti vacibdir.

Gigiyena manikürün ilk şərtidir. Əgər gözəllik salonlarında manikür etdirirsinizsə, istifadə edilən alətlərin sterilizə edilməsinə diqqət edin. Bizim məsləhətimiz budur ki, özünüzə manikür dəsti alın və gözəllik salonuna getdikdə özünüzlə götürün. Çünki bu, ən etibarlı yoldur. Manikür ustalarının ümumi ləvazimatlarından istifadə etməkdən çəkinmək məsləhətdir.

Manikür zamanı edilənlərlə yanaşı sonra da tətbiq edəcəyiniz prosedurlar da dırnağa qulluq və manikürünüzün gözəl olması üçün vacibdir. Dırnaq ətlərinizin qurumaması üçün qidalandırıcı yağlar istifadə edin. Manikürlə həssaslaşan əlləriniz və dırnaqlarınızı xarici təsirlərdən qoruyan qulluq vasitələri və qoruyucu laklar da az əhəmiyyət kəsb etmir.

Manikürdən sonra əllərinizi yaxşıca nəmləndirin. Çünki manikür ilə birlikdə işıldayan dırnaqlarınızın əllərinizlə bir vəhdət şəklində olması və bu birlikdəliyi tamamlaması baxımından əllərinizə də göstərəcəyiniz diqqət çox önəmlidir.

Nəhayət, ən son qayda: əl və dırnaq qulluğunuzu mütləq nizamlı olaraq davam etdirin. Bunu həm sağlamlığınız, həm də gözəlliyiniz üçün vərdiş halına gətirməyiniz çox vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.