Yalnız qadınlar oxusun – Gündəlik bezlər haqda bunları bilməlisiniz

26 Mayıs 2022
2 809
0
Yalnız qadınlar oxusun – Gündəlik bezlər haqda bunları bilməlisiniz
Çox axıntısı olan və alt paltarı tez-tez islanıb, bulaşan qadınlar üçün gündəlik bezlər ən asan çıxış yoludur. Ancaq bu bezlər düzgün istifadə edilmədiyi təqdirdə göbələk infeksiyasına yol aça bilər.

Gündəlik bez istifadə edən qadınlar nələrə diqqət etməlidir?


Feat.Az istifadə edilən gündəlik bezlər 1-2 saatdan bir dəyişdirilməlidir. Qadınlar çox ətirli bezlərə üstünlük verirlər, ancaq bu qoxulu gündəlik bezlərdən istifadə etmək olmaz. Həssas cildi olan qadınların gündəlik bez istifadə etməsi məsləhət deyil. Gündəlik bez istifadə edən zaman sürtünmə və nəmlik olduğu üçün mikroblar tez hopur, bu da göbələk infeksiyasına yol aça bilir. Buna görə mütəxəssislər gündəlik bez istifadəsinə elə də müsbət yanaşmır və imkan olduqca bez istifadə etmək yerinə, tez-tez alt paltarını dəyişməyi məsləhət görürlər. Bez istifadə ediləcəksə də, sağlam bezlər istifadə edilməli və tez-tez dəyişdirilməsi lazımdır.

Bez alarkən qutusunun üzərində “100 % orqanik pambıq” yazısının olduğuna diqqət edin və tərkibində neylon miqdarı az olan bezlərin daha zərərsiz olduğunu unutmayın. Neylon səviyyəsi artdıqca infeksiya riski də artır. Neylonu çox olan bezlər yeriyərkən xışıldayar. Ona görə neylon səviyyəsi az, tam pambıqdan olan və çox ətirli olmayan bezlərdən istifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.